açıq mənbədən götürülüb
Hazırda 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist, hüquq müdafiəçisi Elçin Məmmədin aclıq aksiyasına başladığı deyilir.
“Turan”ın yazdığına görə, bu barədə hüquq müdafiəçisinin anası Rahilə Məmmədli bildirib.
Onun sözlərinə görə, artıq 2 ildir həbsdə olan oğlu özünə qarşı ədalətsizliyə son qoyulmasını və dərhal azadlığa buraxılmasını tələb edir.
Rahilə Məmmədli oğlunun həbsinin sifarişli olduğun deyir: “Mən özüm də xəstəyəm. Elçin onun həbsində maraqlı məmurların girovuna çevrilib və törətmədiyi cinayətə görə sanki əsirlikdə saxlanılır. Sabah özüm onunla görüşməyə çalışacam. Ondan xahiş edəcəm aclığı dayandırsın. Elçin hepatit C xəstəsidir, bronxlarında problemlər var, nəfəs almaqda çətinlik çəkir, böyrəkləri normal funksiyasını yerinə yetirmir və prostatitdən əziyyət çəkir. O belə vəziyyətdə aclığa necə dözəcək?”.
“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin rəhbəri, “Yüksəliş naminə” saytının redaktoru Elçin Məmməd 2020-ci ilin martında həbs edilib və 17 oktyabr 2020-ci ildə Sumqayıt Şəhər Məhkəməsinin oğurluq və qanunsuz silah-sursat saxlamaq ittihamı əsasında çıxardığı hökmlə 4 il müddətinə azadlıqdan məhrum edilib. Yerli məhkəmələr onun hökmdən şikayətlərini rədd edib və o, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verib.
Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyır.
AMEA
Toplum Tv
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”