Siyasət

Həbsdə olan sabiq deputat vəfat etdi

30 Sentyabr, 2021
672

Rəsmi səhifə

Həbsdə olan sabiq deputat Rafael Cəbrayılov vəfat edib.

APA-nın verdiyi məlumata görə, bir neçə gün əvvəl COVID-19-a yoluxan Rafael Cəbrayılov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Rafael Cəbrayılov dələduzluda təqsirli bilinmiş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. 

Hazırda Ağır Cinayətlər Məhkəməsində cinayət işi davam etdirilirdi. 

Siyasət

Rəşad Ramazanov saxlanılıb

21 May 2022

Açıq mənbələrdən götürülüb

Bloger Rəşad Ramazanovun saxlandığı bildirilir.  Həyat yoldaşı Könül Ramazanova Meydan TV-yə bildirib ki, o, mayın 20-də günorta saatlarında evdən çıxarkən saxlanılıb. Könül Ramazanovanın sözlərinə görə, həyat yoldaşını əvvəlcə Sabunçu rayonu, 14-cü polis bölməsinə aparıblar.  Rəşad Ramazanov özü bölmədən evlə əlaqə saxlayıb və orada olduğunu deyib. "Mən dərhal ora getdim. Orada dedilər ki, guya Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Bildirdilər ki, bölmədə yoxdur. Amma sonradan öyrəndim ki, Sabunçu Rayon Polis İdarəsinə aparıblar. Yenə narkotiklə şərləmək istəyirlər”, – Könül Ramazanova bildirib. O əlavə edib ki, baş verənlərlə əlaqədar həm Ombudsman Aparatına, həm də Daxili İşlər Nazirliyinin "102” zəng mərkəzinə məlumat verib....
Siyasət

Kəlbəcərdəki mövqelər atəşə tutulub

21 May 2022

Rəsmi səhifə

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 20-si axşam saatlarında dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub. Bu barədə mayın 21-də Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Seçilmiş Videolar

Toplum TV loqo