Siyasət

Həbsdə olan siyasi fəalın həyat yoldaşı: “Deyir ki, kurtkamı betonun üstünə atıb yatıram”

Roza Məmmədova
30 Noyabr, 2021
3133

“Qaldığı yerdə döşəmə beton, pəncərələrsə qırıqdır. Deyir ki, kurtkamı betonun üstünə atıb elə yatıram. Səsini də çıxaran kimi həbsxana yoldaşlarını cəzalandırırlar: elektron çaydanı, televizoru aparırlar, ya da tualetin qapısını bağlayırlar”.

Uşaq pulunu tələb etməsi və sosial mediada trollara qarşı mövqe sərgiləməsi ilə tanınan AXCP fəalı Aqil Hümbətovun həyat yoldaşı Aygün Hümbətova əri ilə son görüşü zamanı öyrəndiklərini və təəssüratlarını bölüşür.

O danışır ki, ayda cəmi bir dəfə görüşə bilirlər. 30-40 dəqiqə çəkən bu görüş narazılıq və məyusluqdan ibarət olsa da, Aygün ərinin öz fikrində qərarlı olduğunu söyləyir.

Aqil Hümbətov - Sosial Media

Yoldaşının dözümlülüyü ilə fəxr etdiyini deyən Aygünü indi qayğılandıran tək şey 3 uşağı ilə necə yaşayacağıdır.

O, uşaqları ilə birgə Bakıdan 46 km şərqdə - Zirə kəndində yaşayır. “Koroğlu” metrostansiyasından avtobusla Zirəyə getməyə 1 saat 30 dəqiqə, dayanacaqdan onların evinə piyada getməyəsə 15-20 dəqiqə vaxt lazımdır.

Onların yaşadığı məhəllə sanki dünyanın sonu olan ucsuz-bucaqsız boz yerdir, bura rəng qatan tək şey uşaqların səbəbsiz şənliyi, bir də darvazada asılı cırılmış bayraqdır.

Toplum TV

Aygün deyir ki, əri prezidenti tənqid etdiyi üçün qohumları onlardan üz döndərib, əlaqələr kəsilib, bu dar, balaca şəraitsiz evdə onlar allahın ümidinə qalıblar.

“Aqil həbs olunandan sonra lap başımı itirmişəm. Bilmirəm yemək dərdi çəkim, yoxsa uşaqların dalınca qaçım”

“Elə gün olur içməyə çay belə tapmırıq. İşığı, suyu, qazı qorxa-qorxa işlədirəm. Təkcə qaz peçi günə 70 qəpik yazır, limiti çoxdan keçmişik. Qabaqdan şaxtalı havalar gəlir, onda neyləyəcəm bilmirəm...”

Bunu da oxu: Hökumət Əli Kərimlini niyə partiya sədri kimi tanımaq istəmir?

Qadının sözlərinə görə, böyük oğlu Hüseynin 7 yaşı var, autizm sindromludur, danışa bilmir. Kiçik oğlu 3 yaşındadır, o da danışmır. Ortancılı isə qızdır, 5 yaşı yeni tamam olub.

Aygünün sözlərinə görə, oğlu autizm sindromlu olduğu üçün günün böyük hissəsini ona nəzarət etməklə keçir. O, uşağın qollarını, ayaqlarını göstərərək deyir: “Durduğu yerdə qolunu dişləyir, hətta mənim də qolumu dişləyib. Bir az fikrim yayınan kimi onu hasarın başında tapıram. Başına bir iş gəlsə neyləyəcəm? Kimdir buna cavabdeh?”.

Toplum TV

A.Hümbətova ərinin tənqidi videolarından sonra bir polis vasitəsilə uşaqlarının müalicəsi məqsədilə onlara yardım edildiyini söyləyir və əlavə edir ki, bu “kömək” çox çəkməyib, bir neçə aydan sonra kəsilib.

Hazırda Hüseynin müalicəsi yarımçıq qaldığından ona baxmaq daha da çətinləşib: “Tez-tez paltarını isladır, günü-gündən geriyə gedir uşaq”.

O deyir ki, oğluna pensiya düşsə də, indiyə qədər həkimlər uşağın adını sistemə daxil etməyiblər.

“Xəstəxanaya gedirəm, həkim rəsmiləşdirmə üçün pul istəyir. Mənə dedi ki, sakitcə 200 manat gətir, uşağın sənədlərini sistemə vurum. İmtina edəndə deyirlər: “Get sənədlərini yenidən yığ”. 3 uşaqla hara gedim, necə gedim? Taksiyə vermək üçün nə qədər pul lazımdır. Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov kimi insan oğluma autizm diqaqnozu qoyub. Hər şey göz qabağındadır, uydurmuram ki”.

Toplum TV

İndi onun dövlətdən əsas tələbi övladlarına düşən uşaq pulunu almaqdır. Bununla o heç olmasa uşaqlarını müalicə etdirə biləcəyini söyləyir:

"Uşaqlara məndən başqa baxan yoxdur, pulum qurtarıb, nə mağazaya gedə bilirəm, nə də getsəm, ərzaq almağa pulum var. Evdə elektrik təhlükəli vəziyyətdədir, su çəni axır. Aqili yalan ifadələrlə, guya qonşuya hücum etməsinə görə həbs ediblər. Ərimi zindana salanlar indi uşaqlarının qeydinə qalsınlar. Prezident İlham Əliyevə səslənirəm: üç körpə uşaq acdır. Zirə bələdiyyəsi yardım etmir, kənd icra hakimiyyətində telefon zənglərimə cavab vermirlər. Prezident ailəmizin qeydinə qalsın, Aqili azadlığa buraxsınlar, mən tək balalarımın ehtiyaclarını ödəyə bilmirəm".

Toplum TV

Aqil Hümbətovun həbsxana şəraiti dəyişməz olaraq qalır

Aqil Hümbətovun son vəziyyəti haqqında  Ədliyyə Nazirliyi Pentensianar Xidmətdən məlumat almaq mümkün olmayıb.

Vəkili Nemət Kərimli “Toplum TV”-yə açıqlamasında fəalın şəraitsiz yerdə saxlanıldığını bildirib.

Onun sözlərinə görə, şəraitin yaxşılaşdırılması və insan ləyaqətini alçaldan hərəkətlərlə bağlı məhkəməyə rəsmi müraciət edilsə də, Xəzər rayon məhkəməsi şikayəti tanımayıb, rədd cavabı verib. Nemət Kərimli vəziyyətlə bağlı Apellyasiya Məhkəməsinə müraciət edildiyini, sənədlərin Avropa İnsan Hüquqları Məhkəməsinə hazırlandığını bildirir.

Bunu da oxu: Qazi iş istəyir, dövlət qurumu “sənət öyrən” deyir

Noyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Aqil Hümbətov 10 il müddətinə azadlıqdan məhrum edilib. O, Zirə qəsəbəsində Yamən Məmmədov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə təqsirli bilinib.

Ancaq Hümbətov özünü təqsirli bilmir. Hökmdən öncə son sözündə deyib ki, o, siyasi sifarişlə, sosial şəbəkələrdəki tənqidlərinə görə həbs olunub. Müxalifətçi fəalın sözlərinə görə, sifarişin icrası məqsədilə də təxribat hazırlanıb, o, zibil atmaq adıyla Məmmədovun yaşadığı evə çağrılıb. Hümbətov deyir ki, zərərçəkmiş Məmmədov öz-özünə xəsarət yetirib, əvvəldən hazır vəziyyətdə olan polislər də dərhal o həyətə gəlib.

Bundan əvvəlsə o, 2020-ci ildə isə videomüraciət yayaraq ölkə rəhbərliyini tənqid etməsindən sonra Ruhi Əsəb Dispanserinə məcburi müalicəyə göndərilmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Paşinyan köçkünlərə 40 mindən çox yaşayış yeri ayrıldığını açıqlayıb

Toplum TV
22 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdan köçən erməni sakinlər üçün ölkəsində 40 mindən çox yaşayış yeri hazırlandığını açıqlayıb. Toplum TV xəbər verir ki, bu haqda baş nazir sentyabrın 22-si hökumət iclasında bildirib. O, erməni sakinlərin Qarabağda qalmasının qeyri-mümkün olduğu halda Ermənistana gələ biləcəklərini vurğulayıb. "Biz hər şeyi etməliyik ki, soydaşlarımız öz evlərində qorxmadan və ləyaqətlə yaşasınlar", - Paşinyan deyib. https://toplum.tv/siyaset/psusa-yolunda-ermenilerin-qelebe-simvolu-olan-tank-goumltuumlruumlluumlbp Baş nazir, həmçinin Ermənistan hökumətinin məqsədinin ermənilərin Qarabağdan çıxarılması olmadığını diqqətə çatdırıb. 
Siyasət

Avropa İttifaqı Qarabağ ermənilərinə 500 min avro ayırır

Toplum TV
22 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Avropa İttifaqı Qarabağda şiddətlənən döyüşlərdən zərər çəkmiş erməni sakinlər üçün 500 min avro humanitar yardım edəcək. Toplum TV bildirir ki, bu haqda sentyabrın 22-si Avropa İttifaqının böhranların idarə edilməsi üzrə komissarı Janez Lenarçiç açıqlayıb. Lenarçiçin qeyd etdiyinə görə, sakinlərə həm də sığınacaq və psixoloji dəstək göstərilməsi nəzərdə tutlub. "Qarabağda münaqişənin genişlənməsi mülki əhali üçün ciddi nəticələrə səbəb olub. Buna cavab olaraq, Aİ məcburi köçkünlərə dəstək üçün təcili humanitar yardım olaraq əlavə 500.000 avro səfərbər edir. Biz vəziyyəti diqqətlə izləyirik və əlavə yardım təklif etməyə hazırıq. Aİ atəşkəsi alqışlasa da, mən münaqişənin bütün tərəflərini humanitar təşkilatların maneəsiz və dərhal çıxışını təmin...

Seçilmiş Videolar

Toplum TV loqo