Həbsdəki AXCP üzvünün həyat yoldaşı saxlanıldığını deyir
Açıq mənbələrdən götürülüb
Aygün Hümbətova
Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Aqil Hümbətovun həyat yoldaşı Aygün Hümbətova polis tərəfindən saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə aparıldığını deyir.
Toplum TV-yə açıqlama verən Aygün Hümbətova vurğulayıb ki, buna səbəb bu gün Daxili İşlər Nazirliyi önündə etiraz aksiyası keçirmək istəməsidir:
"Daxili İşlər Nazirliyi önündə aksiya eləmək istəyirdim. Evdən çıxanda 1 mülki geyimli, 4-5 nəfər də polis formasında olan şəxs məni saxladı. Apardılar Bakı Şəhər Baş Polis İdarəsinə. Mülki geyimdə olan polis əməkdaşı mənimlə söhbət elədi. Dedi, aksiya eləmə, hər şey yaxşı olacaq."
https://toplum.tv/siyaset/taleh-bagirzadenin-acliga-basladigi-bildirilir
Aygün Hümbətova deyir, 4 saata yaxın polis idarəsində saxlanılıb. Aksiya etmək istəməsinə səbəb isə həyat yoldaşının sağlamlığının yaxşı vəziyyətdə olmamasıdır:
"Saat 11-ə qalmış məni saxladılar, saat 3-də buraxdılar. Açığını deyim pis rəftar olmadı. Məqsədimi onlara çatdırdım. Dedim ki, yoldaşımın müalicəsi yaxşı aparılmır, 2 xəstə uşağım var. Nə edim mən? Keçən səfər mən aksiya edəndə həyat yoldaşımı incitmişdilər. Mən belə hesab edirəm ki, bundan sonra aksiya edə bilməyəcəm, məni polislər artıq izləyir."
Daxili İşlər Nazirliyindən isə Toplum TV-nin sorğusuna cavab olaraq bildirilib ki, Aygün Hümbətova polis əməkdaşları tərəfindən saxlanılmayıb, müraciəti əsasında dinlənilib.
Aqil Hümbətov 2021-ci ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. O, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmaqda (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi) təqsirli bilinib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Ermənistan KİV: Vardanyan və Arutunyan arasındakı ixtilaf dərinləşir
Açıq mənbələrdən götürülüb