Siyasət

Həbsdəki sabiq məmurların xaricdəki vəsaitləri geri qaytarıla bilərmi?

Vüsalə Mikayıl
24 Sentyabr, 2021
872

Açıq mənbələrdən götürülüb

"Burada milyonlarla məbləğdən söhbət gedir. Bunlar müsadirə olunmalı və dövlətə qaytarılmalıdır”. 

Bu fikirləri “Toplum Tv”-yə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev məhkumların xarici ölkələrdə yerləşən əmlakının müsadirə edilməsi məsələsini şərh edərkən deyib.

Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev sentyabrın 24-də mətbuata açıqlamasında bildirib ki, məhkumların xarici ölkələrdə yerləşən əmlakının müsadirə edilməsi, həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə zəruri tədbirlər görülür.

Vüqar Əliyevin sözlərinə görə, bu hallarla bağlı artıq xarici dövlətlərin səlahiyyətli orqanlarına ünvanlanması üçün beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq vəsatətlər hazırlanıb və aidiyyəti üzrə göndərilib.

Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, qanunla nəzərdə tutulmuş qaydada, heç bir pozuntuya yol vermədən cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin əmlakı müsadirə edilə bilər. Bu, prosedurların qanunu əsaslarla aparılmasını və heç bir siyasi motivlərə yol verilməməsini vacib sayır: “Bu məsələ hüquq mühafizə orqanları, icra qurumları və məhkəmələrin səlahiyyətində olacaq. Burada əsas vacib məqam qanunun müddəalarına əməl edilməsidir”. 

Rəsul Cəfərov - Sosial Media

“Əsassız iddialarla isə başqa bir dövlətdən nəsə tələb etmək mümkün deyil, - hüquq müdafiəçisi deyir və əlavə edir: müvafiq sənədlər, maddi sübutlar mütləq təqdim olunmalıdır. O zaman məsələ öz həllini tapa bilər. Əlbəttə, imtina da verilə bilər. Bu o demək deyil ki, bu problem birmənalı şəkildə öz həllini tapacaq. Məsələn, dəlillərin yetərli olmaması, müraciətin əsasalandırılmaması və s. kimi səbəblərə görə, iddia təmin olunmaya bilər. Görünür, bununla bağlı dövlətin əlində ciddi sübutlar və ya ciddi istək var” . 

R.Cəfərov bildirir ki, Azərbaycan həm İnterpolun üzvü, həm də Avropolla (Avropa Polis İdarəsi) əməkdaşlıq etdiyi üçün işin bu təşkilatlarla da aparılması mümkündür: “Bu qurumlarda təkcə cinayətkarların axtarılması məsələsi deyil, həm də cinayət nəticəsində vurulmuş zərərin aradan qaldırılması, o cümlədən də maddi zərərin və ya cinayət nəticəsində əldə olunmuş qanunsuz gəlirin geri qaytarılması məsələlərinə də baxılır. Digər tərəfdən dövlətlərarası hüquq müqavilələri və ya tamamilə yeni bir razılaşma əsasında da proseslər həyata keçirilə bilər”. 

Amma ekspert qeyd edir ki, bu zaman müraciət olunan həmin ölkələr iddiaların sübutunu tələb edəcəklər. 

Beynəlxalq təcrübə nə deyir?

Bir neçə il öncə Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın xarici ölkələrdəki mülklərinin müsadirəsi halı baş vermişdi. Özbəkistan prokurorluğu G.Kərimovanın Böyük Britaniya və Fransadakı mülkləri və aktivlərinin geri qaytarılması ilə bağlı danışıqlara başlamışdı. 2019-cu ildə isə Fransadakı mülkləri satışa çıxarılmışdı. Fransa mətbuatının yaydığı xəbərlərə əsasən, G.Kərimovanın təkcə Parisdəki mənzilinin 31 milyon avro, villasının 2,4 milyon avro, qəsrinin isə 28 milyon avroya alındığını demək mümkündür.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyir ki, Azərbaycan korrupsiyaya qarşı BMT-nin konvensiyasına qoşulub və bu sənəd Milli Məclis tərəfindən ratifikasiya olunub: “Burada aktivlərin geri qaytarılması ilə bağlı məsələlər aydınlaşdırılıb. Həmçinin korrupsiyaya qarşı dövlətlərin və təşkilatların birgə əməkdaşlığı xüsusilə göstərilib. Bu zaman korrupsiya yolu ilə əldə edilmiş aktivlərin geri qaytarılması məsələsi üzrə həmin ölkələr öhdəlik götürüblər”.

Ə.Nuriyev Avropa Şurasının da korrupsiya əleyhinə qəbul etdiyi daha bir hüquqi sənəddən- “Korrupsiyaya qarşı Strasburq” konvensiyasından danışır. 

Əliməmməd Nuriyev - Açıq mənbələrdən götürülüb

 “Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “xüsusi müsadirə” deyilən norma var ki, buna uyğun olaraq korrupsiya nəticəsində əldə edilmiş gəlirlərin müsadirəsinə yol verilir.  Bu baxımdan, Baş Prokurorluğun nəzdində yaradılmış müvafiq idarədə sənədlər hazırlanır, müxtəlif ölkələrə sorğular göndərilir. Bu mülklərlə və bank hesabları ilə bağlı ola bilər. Bu zaman  əsaslandırmanı korrupsiya yolu ilə əldə olunmuş mülklər və ya korrupsiya yolu ilə əldə olunmuş gəlirlər hesabına qazanılmış mülklər kimi təqdim etmək mümükündür”, - o əlavə edir. 

Ekspert bunun uzun və zəhmət tələb edən  proses olduğunu da vurğulayır. O proseslərlə məşğul olan qurumun (Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi-red) bir neçə il əvvəl yaradılsa da, bu sənədlərin hüquqi çərçivədə  toplanması, tərcümə edilməsi və s. proseslər vaxt apardığını deyir. 

Əliməmməd Nuriyev Beynəlxalq Bankın (ABB) keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ilə bağlı məsələ üzrə Böyük Britaniya məhkəmələrində gedən işlərdən də danışır: “Azərbaycan tərəfi bununla da bağlı sorğular verir. Hətta burada konkret milyonlarla məbləğdən söhbət gedir. Bunlar müsadirə olunmalı və dövlətə qaytarılmalıdır”. 

Zamirə Hacıyeva - Sosial Media

Ekspert həm də ziyan çəkmiş hüquqi və fiziki şəxslər varsa, onlara da haqlarının qaytarılmasının vacib olduğunu deyir. 

Z.Hacıyeva B.Britaniyada külli miqdarda etdiyi xərcləmələrlə gündəmə gəlmişdi. Xərcləməlrin mənbəyinin öyrənmək üçün Britaniya Milli Cinayətlər İdarəsinə bununla bağlı məlumat verilməsi tələb edilmiş, hakim önünə çıxarılmışdı. Onun həyat yoldaşı Cahangir Hacıyevsə ABB-də milyonlarla məbləğin  mənimsənilməsi iddiası ilə 2016-cı ildə 15 il müddətinə azadlıqdan məhrum edilib.
 

Siyasət

Azərbaycan daha beş erməni hərbçini Ermənistana qaytardı

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycan beş erməni hərbçini Ermənistana qaytarıb. "Novosti Armeniya" xəbər verir ki, Bakıdan qalxan və göyərtəsində erməni hərbçilər olan təyyarə Yerevana enib. Ermənistana qaytarılan hərbçilərin kimliyi də açıqlanıb: ▪️Ambardanyan Mels Karapetoviç ▪️Karapetyan Rafik Robertoviç ▪️Manukyan Jora Vanoeviç ▪️Manukyan Ovsep Robertoviç ▪️Soqomonyan Sedrak Samveloviç
Siyasət

Cinsi zorakılığa qarşı tək adamlıq aksiya keçirildi

19 Oktyabr 2021

Sosial Media

Gender fəalı Gülnarə Mehdiyeva bu gün Bakıda, Prezident Administrasiya yaxınlığında təkbaşına aksiya keçirib. Fəal “Azyaşlını zorlayan niyə azaddır?” şüarı yazılan plakat qaldıraraq rəsmi qurumlardan yetkinlik yaşına çatmayan Sənay Yağmurun (Qəhrəmanlı) təcavüzü ilə bağlı əməli fəaliyyət tələb edib.  G. Mehdiyeva "Feysbuk"un canlı yayımında bildirib ki, ölkə rəhbərliyi Sənay Yağmurun məsələsinə müdaxilə etməli və təqsirkarın cəzalandırılmasını təmin etməlidir, əks halda bu, cinayətkarı himayə etmək demək olacaq. “Həmin insan nə qədər ki, azadlıqdadır, biz hamımız təhlükədəyik”, - deyə fəal vurğulayıb.  Polis əməkdaşları plakatı fəalın əlindən alaraq, onu naməlum istiqamətə aparıblar. DİN-in mətbuat xidmətindən Turan-a bildiriblər ki, Mehdiyeva saxlanılmayıb. Bölgədən uzaqlaşdırılaraq sərbəst buraxılıb. Ötən...
Seçilmiş Videolar