Həbsxanada "Tovuz məhbuslar"ına işgəncə verildiyi bildirilir
Sosial Media
“Tovuz işi” üzrə mühakimə olunan məhkumlar barələrində çıxarılmış ittiham hökmünə etiraz əlaməti olaraq quru aclığı davam etdirirlər.
Bu barədə avqustun 6-da “Müdafiə Xətti” İnsan Hüquqları Təşkilatının həmtəsisçisi Rüfət Səfərov özünün sosial media hesabında məlumat yayıb.
R. Səfərov qeyd edib ki, ölüm aclığı edən məhkumlardan biri Babək Məmmədlinin anası Esmira Məmmədova onunla əlaqə saxlayıb.
"Esmira xanım qeyd edir ki, quru aclıq edən 11 məhbus qandallanmış vəziyyətdə cərimə təcridxanasına (“kars”) salınıblar. Esmira xanım dərin həyəcanla məlumat verir ki, övladlarına təbii ehtiyaclarını ödəmək üçün sanitar qovşağı belə qadağan edilib, hazırda sidiyin və nəcisin içində olmaqla “kars”ın “şkonka"sına qandallanıblar”.
“Müdafiə Xətti” Ombudsman Səbinə Əliyevaya və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Azərbaycan nümayəndəliyinə bu məsələni humanitar qaydada nəzarətə götürmələri üçün müraciət edib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə “Toplum TV“-yə açıqlamasında məsələdən məlumatsız olduğunu, bütün məhbuslarla bir-bir maraqlanmaq imkanına malik olmadığını deyib: “Ananın şikayəti varsa, müraciət etsin, məsələni araşdıraq. Saytımızda qaynar xəttin nömrələri var”.
“Tovuz işi” üzrə mühakimə olunanlar bir neçə il əvvəl qanunsuz silahlı birləşmələrin tərkibində Suriyada vətəndaş müharibəsində iştirak etməkdə ittiham olunurlar.
Təqsirləndiirlən şəxslər Cinayət Məcəlləsinin 167-2.2.1(dini ədəbiyyatın qanunsuz istehsalı, idxalı və yayılması), 167-3.1 (dini-ekstremist ədəbiyyatın qanunsuz dövriyyəsi), 214 (terrorçuluq) və 218 (cinayətkar birlik yaratmaq) maddələri ilə ittiham olunurlar.
Bakı Ağır Cinayətlər Məhkəməsində onların barəsində 2 il 6 aydan 8 ilə kimi hökm oxunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
President.az
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?