Açıq mənbələrdən götürülüb
Azərbaycan-Ermənistan sərhədində baş verən hərbi toqquşmalar nəticəsində erməni tərəfdə ölən və itkin düşənlərin sayı 207 nəfərə çatıb, 3 mülki şəxs həlak olub, 2 mülki şəxsin yeri məlum deyil, 293 hərbçi və 3 mülki şəxs isə yaralanıb. Həmçinin 20 erməni hərbçi əsir götürülüb.
"Armenpress"in məlumatına görə, bu barədə Ermənistanın Baş nazir Nikol Paşinyanın sədrliyi ilə sentyabrın 19-da Təhlükəsizlik Şurasının iclasında qəbul edilən bəyanatda deyilir.
"Ermənistan Respublikası öz müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü bütün mümkün vasitələrlə müdafiə edəcək. Azərbaycan qoşunları Ermənistan Respublikasının işğal olunmuş ərazilərindən çıxarılmalıdır", - deyə bəyanatda vurğulanıb.
https://toplum.tv/siyaset/blinken-bayramov-ve-mirzoyan-arasinda-ucterefli-gorus-kecirilecek
Təhlükəsizlik Şurası beynəlxalq ictimaiyyəti Ermənistan Respublikasının suveren ərazilərinin işğalına son qoyması və qoşunların çıxarılması üçün Azərbaycana daimi təzyiq göstərməyə çağırıb, eyni zamanda, aydın mövqe tutan bütün ölkələri və təşkilatları alqışladığını bildirib.
Sentyabrın 12-si gecə saatlarından etibarən Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşib. Rəsmi Bakı bəyan edib ki, Ermənistan Silahlı Qüvvələri iki ölkə arasındakı sülh danışıqlarını pozmaq üçün sərhəddə genişmiqyaslı təxribatlar törədib, Azərbaycan tərəfi isə buna cavab verməli olub. Toqquşmalar nəticəsində Azərbaycan tərəfi 79 hərbçsinin həlak olduğunu bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
President.az
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?