Siyasət

Helikopter qəzası barədə rəsmi məlumat niyə gecikib? - Hacıyev açıqladı

2 Dekabr, 2021
325

Rəsmi səhifə

“Bu məsələlərə maksimum həssas yanaşmamız vacibdir”.

Bunu İlham Əliyevin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 30-da baş vermiş helikopter qəzası barədə rəsmi məlumatın gec açıqlanması barədə suala cavabında bildirib.

Rəsminin sözlərinə görə, bəzi hallarda bu kimi hadisələr baş verdiyi təqdirdə müəyyən ciddi araşdırma, yoxlamalara ehtiyac olur: "Ciddi araşdırmalar aparılaraq ictimaiyyətə səhih, dolğun məlumatlar verilməsi başlıca şərtlərdən biridir. Nəzərə almaq lazımdır ki, bu kimi hallarda insan həyatından danışırıq. Ailələrə doğru məlumat vermək lazımdır. Təəssüf edirəm ki, bəzən sosial şəbəkələrdə rəsmi məlumat gəlməmiş hansısa insanların adı verilir. Bu, ailələr üçün travma ola bilər. Bəlkə ad, təvəllüd düzgün verilməyib? Bəlkə də faciənin iştirakçısı olmayan insan haqqında məlumat verilib? Bunun ailələr üçün böyük travma ola biləcəyini nəzərə almalıyıq. Həm də ictimaiyyəti çaşdıra bilər. Bir tərəfdən başa düşürük ki, aidiyyəti qurumlar tərəfindən operativ kommunikasiyanın həyata keçirilməsi, ilkin məlumat formasında olsa da kommunikasiyanın təmin olunması vacib şərtdir. Digər tərəfdən, ictimaiyyət olaraq strateji səbir göstərməyimiz vacib hallardan biridir. Bu xüsusda qeyd etmək istəyirəm ki, Azərbaycan mediası tərəfindən peşəkarlıq göstərildi. Media tərəfindən dəqiqləşdirilməmiş məlumatların verilməsinin qarşısı alındı. Amma sosial media məkanında təəssüf ki, bunun şahidi olmadıq".

H.Hacıyev bildirib ki, cəmiyyət olaraq, media məkanında fəaliyyət göstərən insanlar olaraq, bu məsələlərə maksimum həssas yanaşma vacibdir.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo