Siyasət

Hərbi Qənimətlər parkındakı kuklalar Ermənistanın şikayətinə əsasən götürülüb?

Vüsalə Mikayıl
20 Oktyabr, 2021
4545

Rəsmi səhifə

Beynəlxalq məhkəmələrdə Azərbaycanla Ermənistanın bir-birlərinə qarşı şikayətlərinə baxılır.

“Məhkəmələrin başlaması rəvac verdi ki, Hərbi Qənimətlər parkındakı kuklalar və dəbilqələr götürülsün. Çünki orada qoyulmuş kuklalarla bağlı Ermənistan tərəfinin ərizəsində iddia vardı. Erməni tərəfi burada irqi ayrı-seçkiliyə yol verildiyini iddia edirdi. Mənə elə gəlir, Azərbaycan tərəfi sözgedən iddiaları aradan qaldırmaq üçün bu addımı atıb”.

Siyasi şərhçi Anar Məmmədli “Toplum TV”-yə belə deyib.

Sentyabrın 16-da Ermənistan  irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) pozulması ilə bağlı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Bunun ardınca isə Azərbaycan eyni konvensiya üzrə Ermənistana qarşı məhkəmədə iddia qaldırıb. Məhkəmənin dinləmələri isə artıq başlayıb.

Oktyabrın 14-də Ermənistan  Azərbaycan tərəfinin iddialarını rədd edib, onları “qondarma və özünü təmizəçıxarma cəhdi” adlandırıb. İttihamlar arasında "onilliklər ərzində" kütləvi qətllər, işgəncələr və irqi ayrı-seçkiliyin digər formalarında öz ifadəsini tapan pozuntular var. Ermənistan tərəfi bildirib ki, Azərbaycan tərəflər arasında “saxta bərabərlik təsəvvürü” yaratmağa və özünü qurban kimi təqdim etməyə çalışır.

BMT-nin Beynəlxalq Məhkəməsinin kifayət qədər geniş səlahiyyətlər çərçivəsində dövlətlərarası mübahisələrin həllində potensial imkanları var. Əgər hər hansı bir dövlət heç bir hüquqi əsas olmadan Beynəlxalq Məhkəmənin çıxardığı qərarı yerinə yetirmirsə, bu zaman BMT-in Təhlükəsizlik Şurası adekvat tədbirlər həyata keçirə bilər.

A.Məmmədli hesab edir ki,  BMT-nin yanında Beynəlxalq Ədalət Məhkəməsində iddialara baxması prosesi uzana da, tez bir zamanda başa da çata bilər: “Bunu proqnozlaşdırmaq çətindir. Burada əsas məsələ dəlillərin yetərli olub-olmamasıdır. Bu baxımından BMT-nin tezliklə qərar verib, hansısa tərəfə qarşı sanksiyalar tətbiq edəcəyini gözləmirəm. Ümumiyyətlə, bu məhkəmənin verəcəyi qərarların dərhal hər iki ölkə tərəfindən icra olunacağına da elə bir əminliyim yoxdur”.

Anar Məmmədli

Milli Məclisin deputatı Fazil Mustafa isə hesab edir ki, BMT-nin hansı qərar qəbul etməsindən asılı olmayaraq, əgər obyektiv olmayacaqsa, Azərbaycan onsuz da onu hansısa formada icra etməyəcək: “Ermənistanın hansısa iddiasının qəbul edilməsinin özü obyektivlikdən uzaqdır. Ermənistan işğalçı, faşist dövlətidir, Azərbaycan torpaqlarnı 30 ildən artıq işğal altında saxlayıb. İndiki vəziyyətdə Ermənistanın hansısa bir iddia irəli sürməsi absurddur. Çünki işğal altında saxladığı torpaqları hansı hala salıb, bunun artıq faktları ortadadır. Ağdamı hədər yerə Qafqazın Xirosiması adlandırmırlar. Azərbaycan tərəfinin arqumentləri isə kifayət qədər əsaslıdır.  Hər hansı şəkildə Azərbaycana qarşı qondarma qərar çıxarılması BMT-nin özünə də nüfuz gətirməz. Çünki 30 ildən artıq öz qətnamələrini icra etməyi tələb etməyən bir qurum, indi ermənilərin himayəçisi kimi çıxış etməyə başlayanda, artıq bizim buna deməyə daha çox sözümüz olur”.

BMT məhkəməsində qəbul edilmiş qaydaya müvafiq olaraq, iddiaçı dövlət təqdim olunmuş mübahisənin mahiyyəti üzrə baxılması üçün məhkəmənin səlahiyyətini əsaslandırmalıdır. Bundan əlavə, mübahisənin mövcudluğu faktının və onun hüquqi təbiətinin sübuta yetirilməsi öhdəliyi də elə bu dövlətin üzərinə qoyulur. Bu maddənin pozulması iddianı mənasızlaşdırır və beləliklə də, BMT-nin Beynəlxalq Məhkəməsinin yurisdiksiyasının tətbiqini mümkünsüz edir.

Fazil Mustafa - Açıq mənbələrdən götürülüb

“Azərbaycan bu quruma Ermənistandan sonra müraciət etdi. Ermənistan öz tələblərində Azərbaycanı sözügedən konvensiyanı pozmaqda ittiham edirdi.  Mənə elə gəlir ki, Azərbaycan tərəfi adekvat addım atdı. Əslində, rəsmi Bakı əvvəllər də - torpaqlar işğal altında olan dövrdə də bu müraciəti edə bilərdi. Bəlkə də işğal altında olan ərazilərlə bağlı yetərli sübutları toplaya bilməyəcəklərindən və təqdim edə bilməyəcəklərindən iddia qaldırılmamışdılar. Hər halda çətin olsa da, bu mümkün idi”- deyə A.Məmmədli qeyd edir. 

Ekspertə görə, Azərbaycanın ərizəsində kifayət qədər ciddi məsələlər qoyulub, Ermənistanın da ittihamları var: “Bəzən bunu müəyyən etmək üçün uzun illər lazım olur. Hər iki ölkə maksimim dərəcədə çalışacaq ki, qarşı tərəfin iddialarını cavablandırsın”.

Beynəlxalq Məhkəmə öz qərarlarında daha çox beynəlxalq konvensiyalar və sazişlərə əsaslanır.  Azərbaycan və Ermənistanın bir-birini İrqi Diskriminasiyanın Bütün Formalarına Qarşı Beynəlxalq Konvensiyanı pozmaqda ittiham edir.

Deputat Fazil Mustafa Azərbaycanın irqi ayrı-seçkiliyə qarşı qaldırdığı iddialardakı sübutları belə izah edir: “Ermənistanda bir nəfər də olsa, azərbaycanlı yaşamır. Azərbaycanda 30 min artıq erməni yaşayır, əlavə olaraq da Dağlıq Qarabağda 25 min erməni var. Təsəvvür edin, Azərbaycan 55 min erməniyə yaşamaq icazəsi versə də, Ermənistanda 1 azərbaycanlı yoxdur. Bundan artıq nə fakt? Bircə bu arqument kifayət edir. Xocalı məsələsi etnik soyqırım kimi təqdim edilməlidir. Azərbaycan harada ermənistana qarşı irqi ayrı-seçkilik tətbiq edib? Belə bir niyyəti olsaydı edərdi”.

Deputat təkcə bu faktla Azərbaycanın haqlı olduğunu dünyaya sübut edə biləcəyi qənaətindədir.

44 günlük müharibə dövründə Gəncə raket hücumlarına məruz qalıb - No comment

Ermənistan İctimai Televiziyasının iddiasına və sosial mediada yayılmış məlumatlara görə, Hərbi Qənimətlər parkında erməni əsgərlərinin kuklaları və dəbilqələr eksponatlar arasından çıxarılıb. F. Mustafa bu barədə bilgisi olmadığını deyir və əlavə edir:

“Amma heç nəyi götürmək lazım deyil. Biz sadəcə teatral görüntüdə onların vəhşiliyini göstərmişik. Burada nə var ki? Biz hansısa mülki şəxsi qətliama məruz qoymamışıq ki. Gəncədə, Bərdədə bunlar mülki şəxsləri qətl etdilər. Ona görə də onların heç birinin bu məsələdə bizə irad bildirmək üçün əsası yoxdur. Biz onların təkidi ilə nəyisə götürməməliyik. Bilgim yoxdur. Amma belə bir şey varsa, yalnış addımdır, heç nəyi götürmək lazım deyil”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Naxçıvanın iqtisadiyyat naziri vəzifəsindən azad olunub 

8 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb. https://toplum.tv/sosial/pprezidentin-serencami-naxccedilivanda-neyi-deyisecek-nbspp Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də NMR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Fərmanı ilə bu vəzifəyə təyin edilmişdi.
Siyasət

İlham Əliyev Ermənistanla verilmiş birgə bəyanatdan danışıb

Toplum TV
8 Dekabr 2023

President.az

Dekabrın 8-də Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib. Toplum TV xəbər verir ki, görüşdə bir sıra məsələlərə, həmçinin Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesinə toxunulub.  Buriç xüsusilə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı alqışladıqlarını bildirib, Avropa Şurasının iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə verməyə hazır olduğunu vurğulayıb. https://toplum.tv/siyaset/presmi-moskva-azerbaycanla-ermenistan-arasindaki-razilasmaya-muumlnasibet-bildiribp Öz növbəsində İlham Əliyev qeyd edib ki, sözügedən birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir. Prezident həmçinin vurğulayıb ki, Avropa Şurası da iki ölkə...

Seçilmiş Videolar

Toplum TV loqo