Siyasət
Hindistanla Çin arasındakı toqquşmada əsgərlərin öldüyü deyilir
17 İyun, 2020
477
Hindistan ordusu iyunun 16-da xəbər xəbər verib ki, qərbi Himalayda ölkənin Çinlə mübahisəli sərhəd sektorunda iki tərəf arasında baş vermiş toqquşmalarda 20 hindli əsgər həlak olub.
 
Çinin Xarici İşlər Nazirliyi bu insidentin baş verdiyini təsdiq etsə də, "zorakı fiziki qarşıdurmada” itkilər barədə məlumat verməyib.
 
Reuters agentliyi Hindistan hökumət mənbələrindən birinə istinadən yazır ki, iyunun 15-də baş vermiş toqquşma zamanı dəmir dəyənəklərdən və daşlardan istifadə olunub, amma atəş açılmayıb.
 
Bu iki nüvə ölkəsi arasında 1967-ci ildən bəri ən ciddi insidentdir. Hindistan və Çin illərdir ki, uca dağlıq ərazidəki sərhəd xəttini heç cür müəyyənləşdirib razılığa gələ bilmirlər.
 
Qarşılıqlı ittihamlar
 
Çin və Hindistan Ladax bölgəsində baş vermis toqquşmaya görə bir-birini ittiham edir. Bundan əvvəl iki ölkənin hərbçiləri vəziyyəti aydınlaşdırmaq
üçün danışıqlar aparmışdılar.
 
May ayından bəri sərhədin bu sektoruna hər iki tərəfdən yüzlərlə əsgər gətirilib və onlar üç ayrı-ayrı nöqtədə səngərləniblər.
Xəbər verilir ki, iyunun 15-dən 16-na keçən gecə iki tərəf Qalvan vadisində yaranmış vəziyyəti müzakirə edirmiş.
 
Hindistan tərəfinin verdiyi məlumata görə bu müzakirələrin bir məqamında Çin hərbçiləri hindli əsgərlərə dəmir dəyənəklərlə hücum ediblər.
 
Hindistan əsgərləri buna, qarşı tərəfi daşa basmaqla cavab veriblər. Bundan sonra Çin tərəfinin sərhədə daha çox hərbçi gətirdiyi və toqquşmanın daha iki saat davam etdiyi xəbər verilib.
 
Hazırda toqquşmanın dayandığı bildirilir.
 
Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Anurag Srivastava deyib ki, əgər iki tərəf arasında yüksək səviyyədə razılaşma əldə olunsaydı, bu toqquşma baş verməyə bilərdi.
 
Çinin Xarici İşlər Nazirliyi isə bildirib ki, iki ölkə arasında əldə olunmuş konsensus kobud şəkildə pozulub.
Nazirliyin sözçüsü iddia edib ki, konsensusun mövcudluğuna baxmayaraq hindli əsgərlər iki dəfə sərhəd xəttini keçərək təxribat törədiblər.

Ara-sıra yumruq davası
 
Hindistan və Çin arasında 1962-ci ildə baş vermis qısa, lakin qanlı döyüşdən sonra iki ölkə arasında dərin etimadsızlıq yaranıb və ara-sıra gərginliyin eskalasiyası baş verib.
 
İki tərəfin sərhədçiləri üz-üzə gələrkən bəzən yumruq davasına başlayıblar. Lakin 1967-ci ildə baş vermiş toqquşmadan sonra bu qarşıdurmalarda ölən olmamışdı.
 Hərbi ekspertlər deyirlər ki, toqquşmalar Hindistanın bu bölgədə yeni yollar və aerodromlar tikməsi ilə bağlıdır.
 
Hindistan Galvan vadisində aerodroma gedən yolun tikintisini ötən oktyabrda başa çatdırıb. Çin o vaxt tikintinin dərhal dayandırılmasını tələb etmişdi.
 
Hindistan bildirmişdi ki, o de facto sərhədin özünə aid tərəfində tikinti işləri görür.
 
azadliq.org
Siyasət

Sərhəddə azərbaycanlı və erməni hərbçilər arasında dava düşüb?

18 May 2021

Sputnik

Vardenis rayonunda erməni və azərbaycanlı hərbçilər arasında dava olub.  Bu barədə mayın 18-də "Sputnik" Ermənistan Müdafiə Nazirliyindəki mənbəsinə istinadən məlumat yayıb.  Bildirilir ki, insidentin qarşısı tezliklə alınıb və məsələ böyüməyib.  "Dünən hərbi qulluqçular arasında mübahisə düşüb, ancaq məsələ tezliklə də yoluna qoyulub", - Müdafiə Nazirliyindəki mənbə deyib.  Ermənistanın sosial şəbəkələrində yayılan xəbərlərə görə, iki tərəfin hərbi qulluqçuları tutaşan zaman azərbaycanlılar az qala Ermənistan Hərbi Qüvvələrinin postlarına daxil olublar.  Azərbaycan və Ermənistan sərhəddindəki Qaragöl bölgəsində gərginlik bir neçə gündür ki, davam edir.  Bu gün Rusiya Xarici İşlər Nazirliyi məsələylə bağlı məlumat yayıb.  Nazirliyin press-relizində qeyd olunur ki, Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə...
Siyasət

Co Baydenin müşaviri sərhəddəki gərginliklə bağlı İlham Əliyevə zəng edib

18 May 2021

NPR

"Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunmasına sadiqdir". "Prezident.az" saytının məlumatına görə, bunu ötən gecə ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla telefon söhbətində Prezident İlham Əliyev bildirib.   Azərbaycan Prezidenti bölgədə münaqişə sonrası vəziyyəti müsbət qiymətləndirib, münaqişənin bitməsindən 6 ay sonra bölgədə, o cümlədən Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabit olduğunu qeyd edib. İlham Əliyev ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin delimitasiyası üzrə danışıqların başlanmasına ehtiyac duyulduğu fikri ilə razı olduğunu ifadə edib və bu prosesin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olaraq həyata keçirilməsinin əhəmiyyətini bildirib. Dövlət başçısı Ermənistanın sərhəd...
Seçilmiş Videolar