“Human Rights House" Azərbaycan hökumətini öhdəliklərə hörmət etməyə çağırıb
Toplum Tv
“Human Rights House Foundation” son dövrlər Azərbaycanda jurnalistlərə, hüquq müdafiəçilərinə və fəallara qarşı təhdidlərdən narahatlıq ifadə edən hesabat yayıb.
Hesabat qurumun rəsmi saytında dərc olunub.
Təşkilat qeyd edir ki, Azərbaycanda zorakılıq dalğası, habelə dövlətin hüquqlara müdaxiləsi bağlı yayılan iddialar və hakimiyyətin cinayətkarları tez bir zamanda məsuliyyətə cəlb etməməsi yaxşı hal deyil. Hesabatda Azərbaycanda ifadə azadlığına qarşı təhdid və zorakılığa dərhal son qoyulmalı olduğu vurğulanır:
“Biz Azərbaycan hakimiyyətini jurnalistlər və digər hüquq müdafiəçiləri üçün təhlükəsiz mühiti təmin etməyə, onlara qarşı təhdid və zorakılığa görə məsuliyyət daşıyanların öhdəliklərini tam təmin etməsinə çağırırıq”.
Materialda jurnalist Aytən Məmmədovaya hücumdan da bəhs edilir:
“Azərbaycan vətəndaş cəmiyyəti Məmmədovaya hücumu “söz azadlığına hücum” kimi qiymətləndirib”.
“Human Rights House Foundation” əlavə edir ki, Azərbaycanda ifadə azadlığının müdafiəçiləri, araşdırmaçı jurnalistlər və media nümayəndələri zorakılıq, təhdid və pis rəftarla üzləşməkdə davam edirlər.
“Yerli hüquq müdafiəçilərinin məlumatına görə, 2022-ci ilin fevralında müstəqil jurnalistlər Fatimə Mövlamlı və Sevinc Sadıxova reportaj hazırlayarkən bir neçə dəfə təhqir edilib və döyülüblər. Bu hücumlardan sonra polis iki jurnalisti qanunsuz olaraq dörd saat müddətinə saxlayıb. Mövlamlı Azərbaycanda ən çox hədəfə alınan jurnalistlərdən biridir. O, bir neçə dəfə qanunsuz olaraq saxlanılıb, təzyiqlərə məruz qalıb və döyülüb”,- təşkilat bildirir.
Qurumun hesabatında vətəndaş cəmiyyəti fəalı İmran Əliyevin Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nəzarətində olarkən 20 saat yoxa çıxmasından, keçmiş siyasi məhbus Bəxtiyar Hacıyevin 2022-ci ilin aprelində Daxili İşlər Nazirliyini təşkilatçılığı ilə oğurlanmasını iddialarından da bəhs edilir.
O da qeyd edilir ki, media bütün fikirlərin müzakirəsi üçün açıq olmalıdır, çünki bu, mühüm əhəmiyyət kəsb edir:
“Bu, demokratiyanın təməl daşı sayılır. Azərbaycanda hakimiyyət ifadə və fikir azadlığı hüququnu, müstəqil vətəndaş cəmiyyətini sıxışdırmaqda davam edir. Bundan əlavə, vətəndaş cəmiyyətinin hesabatları ifadə və fikir azadlıqlarına qarşı hücumları hakimiyyətlə əlaqələndirir. Bu hücumlar da öz növbəsində çox vaxt cəzasız qalır”.
"Human Rights House Foundation" Azərbaycan hakimiyyətini üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmət etməyə, jurnalistlərə və digər hüquq müdafiəçilərinə qarşı təhdid və zorakılığa dərhal son qoymağa, onlara qarşı törədilmiş cinayətlərlə bağlı operativ, hərtərəfli araşdırma aparmağa çağırır.
Sosial media
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Rasim Balayev AKİ-yə sədr seçildi
Bakıda sorğu: "Azərbaycanda uşaqlar xoşbəxtdirmi?"