Siyasət

Hüquqşünas İlham Aslanoğlu yenidən həbs edildi

10 İyun, 2022
157

Açıq mənbələrdən götürülüb

"Tərtər işi"nin ictimai tədqiqatı ilə məşğul olan hüquqşünas və fəal İlham Aslanoğlu (Təhməzoğlu) Yevlax rayon məhkəməsinin 9 iyun tarixli hökmü ilə 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, CM-in 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib.

Bu barədə "Turan"-a onun vəkili Hüseyn Abbasov bildirib. Onun sözlərinə görə, Aslanoğlu vətəndaş Yeganə Ələkbərovanın fərdi cinayət ittihamı qaydasında verdiyi şikayət əsasında mühakimə olunub.

Vəkil qeyd edib ki, məhkəmə prosesi mayın 10-da başlayıb və cəmi 4 iclas keçirilib. "Prosesdə vəsatətlərimizin heç biri - nə mənim, nə də Aslanoğlunun vəsatəti təmin edilməyib", - deyə vəkil bildirib.

İttihamçı "AzerFreedom TV" yutub kanalında canlı yayım zamanı təhqir edildiyini hesab edib. Linqvistik ekspertiza təqsirləndirilən şəxsin əleyhinə rəy verib. Müdafiə tərəfi, müsahibənin məzmunundan da göründüyü kimi, heç bir təhqir olmadığını iddia edərək, təkrar ekspertiza haqqında vəsatət versə də, məhkəmə bu vəsatəti təmin etməyib.

Aslanoğlu məşhur "Tərtər işi"ndə hərbiçilərə və mülki şəxslərə qarşı işgəncə faktlarını açıqlayıb və zərərçəkmişlərlə müsahibə dərc edib.

Həmin iş üzrə 25 nəfərdən çox şəxs dövlətə xəyanət ittihamı ilə mühakimə edilib. Amma 2021-ci ilin dekabrında Baş Prokurorluq müttəhimlərin ailə üzvlərinin və doğmalarının, habelə ictimaiyyətin etirazlarından sonra istintaqı bərpa edib.

Bundan əvvəl Aslanoğlu "Tərtər işi" ilə bağlı bəyanatları ilə əlaqədar bir dəfə həbs edilib. Belə ki, yanvarın 28-də Yevlax rayon məhkəməsi onu 147.2-ci (ağır cinayət törətmək haqqında böhtan) təqsirli bilib və beş ay müddətinə azadlıqdan məhrum edib.

İş üzrə iddiaçı qismində 44 günlük müharibədə həlak olan Vasif Quliyevin atası Tahir Quliyev çıxış edib. İddiaya Aslanoğlunun Quliyevin 2017-ci ildə "Tərtər işi" üzrə istintaq zamanı işgəncə verilmiş baş leytenant Adil Sabirlinin ölümündə əli olduğu barədə bəyanatı səbəb olub. Bu zaman Aslanoğlu Sabirlinin atasına istinad edib. Amma apellyasiya instansiyasında fərdi ittihamçı şikayətini geri çəkib və martın 5-də məhkəmə onu azad edib.

Siyasət

Kəlbəcər istiqamətində atəşkəs yenə pozulub

6 İyul 2022

Rəsmi səhifə

İyulun 5-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə iyulun 6-da Müdafiə Nazirliyindən məlumat verilib. "Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub", - deyə məlumatda qeyd olunub. 
Siyasət

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

5 İyul 2022

Açıq mənbələrdən götürülüb

Humanitar yardımı Sumqayıt Şəhər İcra Hakimiyyəti təşkil edib. Buraya ərzaq məhsulları, məişət və tibbi sərfiyyat malları, həmçinin saxlama müddəti uzun olan məhsullar (konservlər, dənli bitkilər, quru yemək payı və s.), eləcə də uşaq qidaları, dərman vasitələri və geyimlər aiddir. Ümumi çəkisi 50 ton miqdarında olan humanitar yardım tərəfdaş şəhərlər xətti ilə Ukraynanın Çerkassı vilayət administrasıyasından Sumqayıt ŞİH-ə edilmiş rəsmi müraciətə cavab olaraq hazırlanıb və Çerkassı şəhəri əhalisinin ehtiyacları üçün nəzərdə tutulub. “Rusiya-Ukrayna müharibəsinin başlanğıcından indiyədək Azərbaycan tərəfindən Ukraynaya 20 milyon ABŞ dolları dəyərində 1,5 min ton vacib humanitar yük çatdırılıb", - bunu huanitar yardımın hava limanından göndərilməsində iştirak edən Ukraynanın...

Seçilmiş Videolar

Toplum TV loqo