Siyasət

Hüquqşünas: "Siyasi məhbus problemi çözülmür ki, çözülmür"

Roza Məmmədova
30 Aprel, 2021
162

UNIAN

Mayın 17-də Avropa Şurası Parlament Assambleyasının Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsində Azərbaycanda siyasi məhbuslar və hökumətin götürdüyü öhdəlikləri yerinə yetirib-yetirmədiyinə dair ictimai müzakirələr keçiriləcək (Turan).

Müzakirələrdə beynəlxalq qeyri-hökumət təşkilatları nümayəndələrinin, həmçinin siyasi mühacirətdə olan azərbaycanlı fəalların iştirakı gözlənilir.

Bildirilir ki, dinləmələrdə Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi, islandiyalı eputat Sunna Evarsdottirin çıxış edəcək. 

Azərbaycandaki hüquq müdafiəçiləri deyirlər ki, 2021-ci martın 18-də prezident İlham Əliyev əfv fərmanı imzalasa da,  625 nəfərlik siyahıya cəmi 38 siyasi məhbus salınıb.

1996-cı ildən ömürlük həbsdə olan keçmiş XTPD (OMON) üzvləri və 2017-ci il “Tərtər işi” üzrə məhkum edilənlər isə əfvə düşməyib.

 Azərbaycan həbsxanalarında 100-dən çox siyasi məhbusun olduğu bildirilir. Onların müxalifətyönlü  fəaliyyətə, öz siyasi və dini baxışlarını gerçəkləşdirdiklərinə görə təqib olunduğu qeyd olunur. 

Xalid Ağali - Meydan.TV

Hüquqşünas Xalid Ağəli "Toplum TV"-yə açıqlamasında bildirib ki, müzakirələrdən sonra ciddi bir dəyişiklik gözləmir: "Azərbaycanın Avropa Şurasına qəbul olunmasından 20 il keçsə də, öhdəliklər tam icra edilməyib, ifadə azadlığı ilə bağlı cəza sisteminin yüngülləşdirilməsi, böhtan və təhqirə görə cinayət məsuliyyətinin ləğvi kimi məsələlərdə hələ də ciddi addım atılmayıb. Konstitusiyada da nəzərdə tutulan alternativ hərbi xidmət məsələsi də çözülməyıb. Siyasi məhbus problemi isə çözülmür ki, çözülmür. Ona görə də bu məsələdə nikbinlik üçün əsas yoxdur".

"Hesab edirəm ki, hökumət bu öhdəliklər yükündən birdəfəlik azad olmaq üçün real addımlar atmalıdır. Bunu necə etməyin yolunu tapmaq lazımdır. Fikrimcə, vətəndaş cəmiyyəti və mütəxəssilərlə müzakirələr təşkil edilməlidir. Eyni zamanda vətəndaş cəmiyyəti üzlərinə, qurumlarına ögey yanaşılmamalı, əl-ələ verilməli, vəziyyətdən çıxış yolları axtarılmalıdır. Həm də birdəfəlik anlamalıyıq ki, bu öhdəlikləri  ölkəmizin üzərinə Avropa Şurası qoyduğuna görə deyil, daha firavan, inkişaf etmiş ölkəyə çevrilmək üçün etməliyik. Çünki bu bizim özümüzə də lazımdır", - hüquqşünas belə deyib. 

Siyasət

Diaspor Komitəsi Gürcüstan azərbaycanlılarına çağırış etdi

17 May 2021

Sosial Media

Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanın Dmanisi şəhərindəki hadisələrlə əlaqədar olaraq bu ölkədə yaşayan azərbaycanlılara çağırış edib. Komitədən mayın 17-də verilən məlumatda bildirilir:  "Mayın 16-da saat 17.00 radələrində Gürcüstanın Dmanisi rayonunun “9 aprel” küçəsində bir qrup şəxsin azərbaycanlı sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına gələrək, ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum etmələri nəticəsində kütləvi dava baş verib. Hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb, insident iştirakçılarından 8 nəfəri Gürcüstanın hüquq-mühafizə orqanlarıtərəfindən saxlanılıb. Dövlət Komitəsi insidentdən dərhal sonra hadisəyə reaksiya verərək, soydaşlarımızla əlaqə saxlayıb. Hadisənin hücum edən qrupdan olan bir neçə şəxsin mağazadan aldıqları məhsulun pulunu ödəmək istəməməsi...
Siyasət

Ermənistan-Azərbaycan sərhədində nə baş verir?

Nigar Səmədli
17 May 2021

Sosial Media

Hərbi ekspert: “Azərbaycan Zəngəzurda əvvəlki xəritəyə əsasən irəliləyib” “Qaragöl ərazisi ilə bağlı 1960 və 1980-ci illərdə qərar qəbul olunan qərara görə, buradakı göl susuzluq səbəbilə Ermənistana verilib. Düşünürəm ki, Azərbaycan ordusu bu qərar verilmədən öncəki xəritəyə əsasən, irəliləyib”. Bunu “Toplum TV”-yə hərbi ekspert Telman Əbilov deyib.  Ermənistan Müdafiə Nazirliyinin mayın 16-da yaydığı məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri hələ də Ermənistan-Azərbaycan sərhədindəki Syunik və Geqarkunik bölgələrindədir.  Eyni zamanda bildirilir ki, mayın 15-də Azərbaycan tərəfi həmin ərazidə mühəndis işləri keçirməyə çalışsa da, qarşısı alınıb. Ermənistan tərəfi mayın 12-də 240-250 nəfərlik Azərbaycan hərbçilərinin sərhədi pozaraq Syunik bölgəsinə 3,5 km irəlilədiyini, daha sonra...
Seçilmiş Videolar