Sosial Media
Tanınmış siyasi xadim, istiqlalçı millət vəkili İbrahim İbrahimli iyunun 16-da vəfat edib.
Bu barədə sosial şəbəkədə onun yaxınları məlumat yayıb.
İbrahim İbrahimli 1952-ci ildə Naxçıvan şəhərinin Zeynəddin kəndində doğulub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Milli Azadlıq Hərəkatının öncüllərindən olub.
1990-cı ildə Ali Sovetə seçkilərdə millət vəkili seçilib.
İbrahim İbrahimli 1991-ci ildə Azərbaycanın müstəqilliyinə səs verən istiqlalçı deputatlardandır. O, AXC İcraiyyə Komitəsinə rəhbərlik edib, daha sonra Müsavat Partiyasının Divan üzvü və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü olub.
O, uzun müddət idi, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Toplum Tv
Reuters
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”