Siyasət
İcra hakimiyyətindən məmurun evinin yandırılması iddialarına münasibət
4 İyul, 2020
570
"Bəzi sayt və xəbər portallarında Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) şöbə müdirinin müavini Asif İmanlıya məxsus fərdi yaşayış evinin guya yandırılması ilə bağlı əsassız xəbərlər dərc edilib".

Bu barədə "Report"un sorğusuna cavab olaraq Lənkəran ŞİH-dən məlumat verilib.

Məlumatda bildirilib ki, hadisə iyulun 2-də rayonun Xanbulan kəndində ərazisində baş verib:

"Rayonun Xanbulan kənd sakini, İcra hakimiyyətinin şöbə müdirinin müavini Asif İmanlıya məxsus ümumi sahəsi 192 kvadratmetr olan fərdi yaşayış evinin 50 kvadratmetr hissəsi yanıb".

İcra hakimiyyətindən onu deyiblər ki, bəzi xəbər saytları baş verən yanğın hadisəsini heç bir  dəqiqləşdirmə aparmadan ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədi ilə yanlış formada təqdim ediblər:

"Peşəkar jurnalist ilk olaraq baş verən hadisə barədə əsaslı araşdırmalar aparmalıdır. Əldə etdiyi məlumatları isə əlaqədar şəxslər və ya cavabdeh qurumlar təsdiqləməlidir. Yanlış məlumat dərc edən sayt və onun müxbirləri bir müddət sonra təbii ki, etibarını itirərək nüfuzdan düşür. Bu gün bütün dünyada eləcə də Azərbaycanda COVİD-19 pandemiyasının yayılmasına qarşı mübarizə aparılır. Bu həssas dönəmdə belə bir informasiya yaymaq jurnalistika etikasına ziddir. Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının müvafiq şöbəsi ölkədə fəaliyyət göstərən bütün media qurumları və müxbirlərə hər hansı hadisə ilə bağlı sorğu və ya bir başa telefon əlaqəsi yaratmaqla məlumat verir. Odur ki, hər hansı hadisə ilə bağlı məlumat dərc edərkən İcra hakimiyyəti ilə əlaqə saxlmağı tövsiyə edirik: - deyə Lənkəran ŞİH-dən bildirilib.
 
Fövqəladə Hallar Nazirliyinin (FHN)  Cənub Regional Nəzarəti İdarəsində "Report" verilən məlumata əsasən yanğın elektrik avadanlıqlarının istismar qaydalarının pozulması səbəbindən baş verib.
Siyasət

Tofiq Yaqublu: “Paşinyanın qalib gəlməsi bizə daha ciddi problem yarada bilər” 

Nigar Səmədli
18 İyun 2021

Al Jazeera

İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.     Namizədlər arasında Ermənistanın sabiq prezidentlər Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və hazırda Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan kimi şəxslər  yer alıb.   Elman Nəsirov - Sosial Media   Bəs Azərbaycanda Ermənistanda keçiriləcək seçkilərlə bağlı proqnozlar nədir?     Milli Məclisin deputatı Elman Nəsirov deyir ki, Ermənistanda seçkilərin gərgin keçəcəyi indidən məlumdur: “Tərəflər bir-birini dövlətə xəyanətdə ittiham edir, düşmən və satqın adlandırırlar. Budəfəki seçkinin əsas özəlliyi ondadır ki, Ermənistanı idarə etmiş bütün şəxslər seçkilərə qatılıb və bu da seçki prosesinə əlavə gərginlik gətirir. İlkin proqnozlar göstərir ki, əsas namizədlər...
Siyasət

Lavrov Türkiyənin Azərbaycanda hərbi baza açacağı iddialarına cavab verdi

18 İyun 2021
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Azərbaycanda hərbi baza açacağı barədə ehtimallara şərh verməkdən imtina edib.  "RIA Novosti"-nin iyunun 18-də verdiyi məlumata görə, o, bu iddiaları şayiə adlandırıb.  "Biz bu məsələni müzakirə etməmişik və biz şayiələrə şərh vermirik", - deyə Rusiyanın baş diplomatı vurğulayıb.  Bir neçə gün əvvəl Bakıda jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycan ərazisində Türkiyə Hərbi Qüvvələrinin bazasının yaradılması fikrini istisna etməmişdi.  "Bu məsələnin [hərbi bazanın yaradılması] inkişafı mümkündür. Bu mövzu Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə apardığı məsləhətləşmələrdən sonra təkmilləşə bilər. Həmçinin bizim danışıqlarımız prosesində də...
Seçilmiş Videolar