İctimai fəal Fuad İsmayılov sərbəst buraxıldı - YENİLƏNİB
Sosial Media
Fuad İsmayılov
Yaxınlarının verdiyi məlumata görə, Fuad İsmayılov axşam radələrində sərbəst buraxılıb.
***
15:07
İctimai fəal Fuad İsmayılov polis tərəfindən saxlanılıb.
Bu barədə martın 20-də "Toplum TV"-yə fəalın anası, İrina Nikalayevna məlumat verib.
Onun sözlərinə görə, F.İsmayılov Suraxanı Polis bölməsinə aparılıb. Valideyni bildirir ki, F.İsmayılov polisə müqavimət ittihamı ilə saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev ''Toplum TV''-yə açıqlamasında bildirirb ki, F.İsmayılov polisin qanuni əmrinə tabe olmadığı üçün saxlanılıb: "Barəsində toplanmış materiallar rayon məhkəməsinə təqdim olunub. Onun saxlanmasında hər hansı siyasi motiv yoxdur".
İctimai fəal daha əvvəl Mərkəzi Seçki Komissiyasının binası qarşısında Milli Məclisə 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar seçkilər üzrə səsvermənin nəticələrinin etibarsız sayılması tələbi ilə etiraz aksiyasında iştirak etmişdi.
O, aksiya zamanı, MSK binasının qarşısındakı yeni tikilməkdə olan binanın hasarına “FU Məzi” (MSK sədri Məzahir Pənahova etiraz kimi ictimaiyyət belə ifadələr işlədirlər) şüarı yazdığına görə polis tərəfindən saxlanılmışdı.
Daha sonra isə F.İsmayılov İnzibati Xətalar Məcəlləsinin 206-cı (şəxsi istehlak miqdarında qanunsuz narkotik əldə edilməsi, saxlanması, daşınması) maddəsiylə suçlanmış və 60 gün azadlıqdan məhrum edilmişdi.
Razi Hümbətov - sosial media
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır