Siyasət

İctimai fəal həbs edilib

5 Aprel, 2021
1263

DİN

Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı, Müsavat Partiyasının keçmiş üzvü Laçın Vəliyev martın 20-də Sabunçu rayonu ərazisində saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bu barədə vəkil Nemət Kərimli bildirib.

Onun sözlərinə görə, Laçın Vəliyev Cinayət Məcəlləsinin 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - külli miqdarda törədildikdə) maddəsi ilə günahlandırılır. İttiham sübut olunarsa fəalı əmlakı müsadirə olunmaqla beş ildən on iki ilədək həbs gözləyir.

“Mən onunla 1 saylı Bakı İstintaq Təcridxanasında görüşmüşəm. Dedi ki, ittiham elan edilməmişdən öncə bir neçə dəfə saxlanılıb və ondan Azərbaycan Xalq Cəbhəsi Partiyası fəallarının əleyhinə ifadə verməsi tələb olunub. Buna razı olmadıqda ona qarşı ittiham irəli sürülüb. O, özünü təqsirli bilmir, ifadələrindən imtina edib, ifadələrini təzyiq alıtnda verdiyini dedi. Laçın Vəliyev vəkili vasitəsilə Sabunçu Rayon Prokurorluğuna və Sabunçu Rayon Polis İdarəsinə şikayət göndərib”, - vəkil qeyd edib.

“Laçın Vəliyev əvvəlcə dələduzluq maddəsi ilə həbs edilib. Daha sonra qəfil ittihamı dəyişərək narkobarona çeviriblər. Laçın bəyi ötən aylar ərzində bir neçə dəfə saxlayıblar, fiziki zorakılığa məruz qoyublar. Konkret olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanova qarşı ifadə almaq tələb olunub. Laçın bəy bu tələblərdən imtina etdiyinə görə cəzalandırılıb”, - Azərbaycan Xalq Cəbhəsi Partiyası bildirib.

"Turan"ın aprelin 5-də verdiyi məlumata görə, bir sıra hüquq- müdafiə təşkilatları da Laçın Vəliyevin həbsini pisləyən bəyanatlarla çıxış ediblər.

"Müdafiə Xətti" hüquq- müdafiə təşkilatı bildirir ki, Laçın Vəliyevə ailəsi ilə bağlı sarsıdıcı video göstəriblər.

“O, həyat yoldaşı ilə görüntülərini görər-görməz bayılıb, sonradan “nə istəyirsiniz, gətirin, qol çəkirəm...” deyib, irəli sürülən qurama ittihamlarla dinməz-söyləməz razılaşıb”, - Müdafiə Xətti hüquq- müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov "Feysbuk" səhifəsində yazıb. 

Bu gün isə Daxili İşlər Nazirliyi Laçın Vəliyevin həbsi ilə bağlı açıqlama yayıb. 

"Onun üzərindən hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı satış məqsədilə qanunsuz olaraq, istintaqla mənbəsi araşdırılan, şəxsi istehlak miqdarından artıq narkotik maddə 4,791 qr metamfetamin, 6,474 qr heroin aşkarlanıb. Eləcə da ona təyin edilən müvafiq tibbi müayinənin nəticələrinə görə, narkotik vasitələrin istifadəçisi olması məlum olub.

Fakt üzrə Sabunçu RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlayıb. Hazırda istintaq hərəkətləri davam etdirilir", - DİN-in açıqlamasında bildirilib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo