president.az
Azərbaycan Prezident İlham Əliyev mayın 14-də Türkiyəyə səfər edəcək.
Bu barədə məlumatı Türkiyənin “Anadolu” agentliyi yayıb.
Məlumatda o da qeyd edilir ki, Azərbaycan Prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə Rizə-Artvin hava limanının açılışında iştirak edəcək.
“Hava limanına ilk enişi Ərdoğan və İlham Əliyevin təyyarələri edəcək. İki prezidentin təyyarələri eniş zolağına endikdən sonra Rizə-Artvin aeroportunun rəsmi açılış mərasimi keçiriləcək. Tədbirdən sonra dövlət başçıları və digər qonaqların şərəfinə ziyafət veriləcək”, - məlumatda qeyd edilib.
Rizədən 34 kilometr, Hopadan 54 kilometr, Artvindən 125 kilometr məsafədə yerləşən aeroport Pazar rayonunda yerləşir. Rizə-Artvin Hava Limanının ildə təxminən 3 milyon sərnişinə xidmət göstərməsi planlaşdırılır.
Toplum Tv
Reuters
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”