Siyasət

İlham Əliyev: Ərazilərin minalardan təmizlənməsinə 30 il lazımdır

13 Oktyabr, 2022
664

Rəsmi səhifə

"Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır".

Bu sözləri Prezident İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasındakı çıxışı zamanı deyib. 

Dövlət başçısının sözlərinə görə, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır:

"İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. 
Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır".

https://toplum.tv/siyaset/azerbaycan-ukraynadaki-qanunsuz-referendumlarla-bagli-sesvermeden-yayinib

Prezident Azərbaycan-Ermənistan dövlət sərhədindəki hadisələrə də toxunu və Ermənistanın təxribatlarının davam etdiyini bildirib.  

"Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir, bunlardan sonuncusu isə bu ilin sentyabr ayında törədilib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu. Bütün bu təxribatlara görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - deyə Prezident qeyd edib. 


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

BMT missiyası Qarabağa səfər edəcək

Toplum TV
29 Sentyabr 2023

mfa.gov.az

Rəsmi Bakı BMT missiyasının Qarabağ bölgəsinə səfər edəcəyini açıqlayıb. Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 29-da Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib. Sözçünün dediklərinə görə, Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağda həyata keçirilən humanitar fəaliyyətlə tanış olmaq üçün bölgəyə dəvət edib.  "Bir neçə gün əvvəl aparılan antiterror tədbirlərindən sonra Azərbaycan BMT-nin müvafiq qurumlarını öz Qarabağ bölgəsinə səfərə dəvət edib. Belə bir səfər yaxın günlərdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında, BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinə (2021-2025) uyğun olaraq həyata keçiriləcək. Səfər Azərbaycanın regionda həyata keçirdiyi cari humanitar fəaliyyət ilə tanış olmaq imkanı yaradacaq....
Siyasət

DTX erməni generalı həbs edib

Toplum TV
29 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Ermənistan vətəndaşı Davit Manukyan barədə Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Toplum TV bildirir ki, bu haqda sentyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Xidmətin açıqlamasına görə, Manukyan Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən təkrar terrorçuluq, qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama və daşıma, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma, eləcə də Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə təqsirləndirilib. https://toplum.tv/siyaset/pseparatccedililarin-keccedilmis-muumldafie-naziri-saxlanilibp Onun 27 sentyabr 2023-cü il tarixində saxlanıldığı bildirilib. Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Seçilmiş Videolar

Toplum TV loqo