president.az
“Ermənistan sərhədlərin delimitasiyası üzrə işçi qrupunun artıq razılaşdırılmış görüşünü ləğv edib”.
“president.az”ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev dünən, mayın 18-də Bakıda Litva Prezidenti Gitanas Nauseda ilə danışıqlardan sonra birgə mətbuata açıqlamada deyib.
Dövlət başçısı Azərbaycanın vaxtında işçi qrupu yaratdığını və nümayəndə heyətini göndərməyə hazır olduğunu vurğulayıb: “Bu, Ermənistan tərəfi ilə razılaşdırılmışdır. Yeri gəlmişkən, sərhəddə ilk görüşü Ermənistan Xarici İşlər Nazirliyi təklif edib. Azərbaycan bu təklifi qəbul etdi və biz nümayəndə heyəti göndərməyə hazır idik. Lakin son anda, aprelin 29-da Ermənistan razılaşdırılmış görüşü ləğv etdi. Bu, məyusedici məsələdir”.
İlham Əliyevin sözlərinə görə, daha sonra Ermənistan Azərbaycanın 7-11 may tarixlərində təklif etdiyi görüşün yeni tarixindən də imtina edib.
İlham Əliyev onu da deyib ki,, Azərbaycan indi işə başlamaq üçün Ermənistandan yeni tarix gözləyir.
“Əlbəttə, Ermənistanın belə məsuliyyətsiz mövqeyi narahatlıq doğurur”, - deyə, prezident vurğulayıb.
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?