Siyasət

İlham Əliyev İran barəsində niyə açıq mesajlar verir?

29 Sentyabr, 2021
1670

President.az

"Azərbaycan müstəqil, hazırki zaman kəsiyində kifayət qədər gücü, nüfuzu olan bir dövlətdir. Buna görə də İran nəticə çıxarmalıdır”

Milli Məclisin deputatı Fəzail Ağamalı İran-Azərbaycan münasibətlərindən danışarkən “Toplum TV”-yə belə deyib.

Sentyabrın 27-də Prezident İlham Əliyev Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsində müharibə sonrası qonşu İranla olan münasibətlərdən danışarkən narazılığını ifadə edib. O bildirib ki, İran Azərbaycan xalqına qarşı hörmətsizlik edir:

“İlk olaraq söyləməliyəm ki, hər ölkə öz torpaqlarında istədiyi hərbi təlimi keçirə bilər. Bu, onun suveren haqqıdır, buna kimsə söz deyə bilməz. Ancaq bir zaman kəsimində analiz etdikdə bunun heç vaxt olmadığını görürük. Niyə indi və niyə bizim sərhədlərimizdə? Bu sualları mən deyil, Azərbaycan cəmiyyəti soruşur. Bu sualı dünyadakı azərbaycanlılar soruşur. Onu da soruşurlar ki, nə üçün işğal dönəmində o bölgədə hərbi təlim keçirilmirdi? Ermənilər Cəbrayıl, Zəngilan və Füzulidə olduğu dönəmdə nə üçün hərbi təlim keçirilmirdi? Nə üçün bu torpaqlar işğaldan azad edildikdən, 30 illik əsarət və işğala son qoyulduqdan sonra bu edilir? Bunlar qanuni suallardır. Əlbəttə, biz bölgədə uzunmüddətli əməkdaşlığa zərbə vuracaq heç bir durumun olmamasını istəyirik. Bir daha söyləmək istəyirəm, Azərbaycan burada çox məsuliyyətli və ölçülü davranır. Bizim qanuni addımlarımıza qarşı göstərilən emosional reaksiyaların ötəri olduğuna ümid edirəm”.

Bundan sonra İranın Xarici İşlər Nazirliyinin təmsilçisi Səid Xətibzadə də öz növbəsində İlham Əıiyevin İran barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. Onun sözlərinə görə, iki ölkənin etimadlı münasibətləri fonunda Azərbaycan prezidentinin bu cür qiymətləndirmələri çox məyusedicidir. İranın Azərbaycanın sərhədləri yaxınlığında bilavasitə keçirilən hərbi təlimlərə toxunan Xətibzadə İsraili xatırladıb: “İran öz sərhədlərinin yaxınlığında sionist rejiminin təzahürünə dözməyəcək və öz milli təhlükəsizliyinin təminatı üçün bütün lazımi addımları atacaq”.

İlham Əliyevin İran barəsində açıq mesajlar verməsi nə ilə bağlıdır? Bu, Azərbaycanın səbr kasasının daşması kimi yozula bilərmi?

Deputat Fəzail Ağamalı İranın illərdir Azərbaycana qeyri-səmimi münasibət bəslədiyini söyləyir.

Fəzail Ağamalı - Rəsmi səhifə

Onun fikrincə, prezidentin son çıxışı da iki ölkə arasında baş verən gərginliyə aydınlıq gətirmək məqsədi daşıyıb:

“İran İslam dövləti olduğu üçün Ermənistan tərəfinin törətdiyi vəhşiliyə biganə qalmalı deyildi. Məsələn, Qarabağda yerləşən məscidlərin dağıdılması və dini məkanlara edilən hörmətsizliklə İranı narahat etməli idi.

Bundan başqa, İranın ayrı-ayrı rəsmi şəxslərı ağızlarına gələni danışırlar, İran TIR-ları qanunsuz şəkildə ərazilərimizə daxil olur. Müharibə başlayanadək  Azərbaycanla sərhədlərində təlim keçirməyən İranın indi hansı səbəbdən hərbi təlim keçirməsi anlaşılan deyil. Nə baş verib, nə olub? Nə təhlükə var ki, İran əzələ nümayiş etdirir?”

Yaxın Şərq ölkələri üzrə siyasi ekspert Vüqar Zifəroğlu isə deyir ki, İran tərəfinin bu məsələlərə aydınlıq gətirməsini gözlənildiyi halda, bunun əksi olan addımlar atması təəssüf doğurur. 

“İranla bizi mənəvi tellər, çox əsrlik tarixi gerçəkliklər və eləcə də orada yaşayan 30 milyondan artıq soydaşlarımız bağlayır. Hətta müharibənin gedişatı dövründə belə, həmin vaxt işğal altında olan ərazilərimizə intesiv şəkildə müəmmalı  yüklərin daşınması, müharibədən sonrakı dövrdə isə bu prosesin israrlı şəkildə Rusiya sülhməramlıların nəzarətində altında olan ərazilərimizlə bağlı davam etdirilməsi və bu zaman Azərbaycanın məlumatlandırılmaması qəbuledilməzdir. Halbuki İran tərəfi dəfələrlə Azərbaycanın ərazi bütünlüyünü dəstəklədiyini və işğalı qəbul etmədiyini bildirib. Lakin təssüf ki, bunun əksini görürük”.

Vüqar Zifəroğlu - Açıq mənbələrdən götürülüb

Ekspert İran XİN təmsilçisi Səid Xətibzadənin son açıqlamasının iki ölkə arasında olan münasibət baxımından məqsədəuyğun olmadığını bildirir:

“Onun Azərbaycan istiqamətində İranın sərhədlərinin yaxınlığında “sionist rejimi”nin təzahürlərinin harada və necə göründüyü ilə bağlı fikirlərə aydınlıq gətirilməsi doğru olardı”, - deyə ekspert qeyd edir.

Prezident səviyyəsindəki açıq mesajlardan sonra İranla Azərbaycan arasında hər hansı ciddi gərginlik baş verə bilərmi?

Deputat F.Ağamalı İran tərəfinin bu mesajlardan sonra nəticə çıxarmalı olduğunu bildirir və deyir ki, İran adekvat mövqe ortaya qoymalıdır:

“Bir tərəfdən  ərazi bütüvlüyünü dəstəkləyib, digər tərəfdən yanacaq dolu TIR-ları icazəsiz Azərbaycan ərazisinə göndərməsi anlaşılan deyil. Əgər belə davam etsə, o zaman başqa cür addımlar atılacaq. Azərbaycan müstəqil, hazırki zaman kəsiyində kifayət qədər gücü, nüfuzu olan bir dövlətdir. Buna görə də İran nəticə çıxarmalıdır”.

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltanın fikrincə isə, indiki mərhələdə iki ölkə arasında gərginlik rəsmi tənqid səviyyəsində qalacaq. O hesab edir ki, Azərbaycan İranın müsəlman ölkəsi olduğunu, eyni zamanda orada yaşayan soydaşların mənafeyi baxımından bu ölkəyə müharibə etməz. Yəni bu amillər İrana həmişə xoşməramlı münasibət bəslənməsinə zəmin yaradır.

Sədrəddin Soltan - Açıq mənbələrdən götürülüb

“Bunun əksinə, İran hakimiyyəti şovinist düşüncə sisteminin tələb etdiyi siyasəti yürüdür. Əslində, iki ölkə arasında yaşananların səbəbi elə budur. Bununla belə indiki mərhələdə gərginliyin davam edəcəyini ehtimal etmirəm. Ola bilsin başqa mərhələdə İran rəhbərliyi yeni oyunlar çıxardar, onda vəziyyət dəyişə bilər. 

İranın xarici siyasəti həmişə belə olub: əvvəlcə münasibətləri korlayacaq addımlar atıb, sonra da özünü problemin həll edəni kimi göstərib. İndi də belə olacaq”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo