Siyasət

İlham Əliyev: "Minsk Qrupu artıq fəaliyyət göstərməyəcəyi barədə mesajlar almışıq"

16 İyun, 2022
828

APA

"ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsini nizamlamaq mandatı verilmiş Minsk Qrupu 28 illik fəaliyyəti ərzində bu missiyanın həyata keçirilməsində heç bir nəticəyə nail olmayıb. Və indi, Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdikdən sonra, artıq onun fəaliyyətinə ehtiyac qalmayıb". 

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 16-da IX Qlobal Bakı Forumundakı çıxışında danışıb.

Dövlət başçısının sözlərinə görə, xüsusən Rusiya-Ukrayna müharibəsindən sonra ATƏT-in Minsk Qrupunun üç həmsədrinin görüş keçirə bilməyəcəyi göz önündədir.

"Biz artıq Minsk Qrupu institutunun artıq fəaliyyət göstərməyəcəyi barədə mesajlar almışıq", - deyə o bildirib və əlavə edib ki, məhz buna görə də, Ermənistanda və istənilən digər ölkədə Minsk Qrupu haqqında istənilən spekulyasiyalar mənasızdır.

https://toplum.tv/siyaset/ilham-eliyev-zengezur-dehlizi-acilmasa-sulhden-danismaq-cox-cetin-olacaq

"Biz Ermənistan tərəfindən “Dağlıq Qarabağ”ın statusu ilə bağlı sözlər eşitməyə başlamışıq. Bu, tamamilə qeyri-məhsuldardır və Ermənistanın özü üçün təhlükəlidir", - Əliyev çıxışıda deyib. 

O, vurğulayıb ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati vahid mövcud deyil və Ermənistan tərəfinin bu məsələyə istənilən istinadı yeni qarşıdurmaya səbəb olacaq: 

““Dağlıq Qarabağ” mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti 1991-ci ilin sonunda Azərbaycan parlamentinin qərarı ilə ləğv edilib və bizim ərazimizdə bu inzibati struktur yoxdur. Ona görə də dırnaqarası statusa istənilən istinad yalnız yeni qarşıdurmalara səbəb olacaq. Ermənistan hökuməti bunu başa düşməlidir və tarixi yenidən yazmaq səylərindən əl çəkməlidir. Tarix artıq buradadır və bu, bir növ şifahi razılaşma idi ki, heç kim statusdan danışmayacaq. Təəssüf ki, bu baş verir və bu, çox ciddi nəticələrə səbəb ola bilər. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altında qoymağa davam etsə, Azərbaycanın başqa seçimi olmayacaq və Ermənistanın ərazi bütövlüyünü sual altında qoyacaq. Tarixi nöqteyi-nəzərdən bizim bunu etməyə daha çox haqqımız var. Çünki son əsrin tarixi aydın şəkildə göstərir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşdirilməsindən 6 ay sonra sovet hökuməti Azərbaycanın tarixi hissəsi olan Zəngəzuru qoparıb Ermənistana verib. Ona görə də əgər Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etsə, nə üçün Azərbaycan Qərbi Zəngəzurdan olan azərbaycanlılar üçün status tələb etməsin? Çünki orada tam olaraq azərbaycanlılar məskunlaşmışdı. Beləliklə bu, çıxılmaz vəziyyətə səbəb ola bilər. Düşünürəm ki, Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalıdır, bu dərsləri yaxşı öyrənməlidir və Azərbaycana qarşı istənilən ərazi iddialarından çəkinməlidir”.

Ermənistan hökumətinin Azərbaycanın əlaqələrin normallaşması üçün təklif etdiyi beş təməl prinsipi qəbul etməsindən məmnunluğunu bildirən Əliyev "indi bu istiqamətdə təcrübi addımlar atmaq" zərurətini qeyd edib.

O, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bütün bəndlərini, o cümlədən regionda kommunikasiyaların açılması barədə bəndi yerinə yetirməli olduğunu vurğulayıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Qarabağ separatçıları Əliyevə cavab verdi

Toplum TV
29 May 2023

Açıq mənbələrdən götürülüb

Qarabağ separatçılarının lideri Araik Aratyunyanın sözçüsü Lusine Avanesyan Azərbaycan Prezidenti İlham Əliyevin son bəyanatları ilə bağlı açıqlama verib.  Toplum TV "Novosti-Armeniya"-ya istinadən xəbər verir ki, Avanesyan Qarabağdakı qondarma quruluşun Əliyevin tələblərini yerinə yetirməyəcəyini bildirib.  "Arutyunyan beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusən də xalqların bərabər hüquqlu və öz müqəddəratını təyin etmə prinsipinə əsaslanan beynəlxalq formatda dialoqa başlamağa hazır olduğunu bildirib.  Üçtərəfli Atəşkəs Bəyannaməsindən sonra Azərbaycan dəfələrlə "Artsax xalqı" ilə güc dili ilə danışıb, biz lokal hərbi fəaliyyətlə düşmənçilik, blokadalar, enerji və digər təzyiqlər formasında aqressiyanın şahidi olmuşuq və olmaqda davam edirik. Bu dəfə isə Azərbaycan Prezidenti "Artsax xalqı"nın seçilmiş hakimiyyət orqanlarına...
Siyasət

AXCP fəalı həbs edilib

29 May 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Salyan rayon təşkilatının fəalı Zaur Əhmədov inzibati qaydada 30 sutka həbs edilib. Toplum Tv xəbər verir ki, bu barədə mayın 29-da AXCP-nin mətbuat xidmətindən bildirilib  Məlumata görə, Əhmədov mayın 26-da səhər saxlanılıb. "Sonradan bəlli olub ki, o, naməlum və açıq-aşkar uydurma ittihamla 30 sutka həbs edilib. Ona görüş, telefon danışıqları, yemək alması üçün imkan yaradılmır", - Partiyanın açıqlamasında qeyd edilib.  https://toplum.tv/siyaset/pelizamin-salayevin-vekili-quotdedi-ki-ya-beraet-alacaq-ya-da-hedsxanada-oumllecekquotp AXCP hesab edir ki, Əhmədovun həbsi onun siyasi fəaliyyəti ilə bağlıdır.   Daxili İşlər Nazirliyi Şirvan regional qrupundan "Turan" agentliyinə bildiriblər ki, Zaur Əhmədov mayın 26-da "ictimai asayişi pozduğuna və polisə tabe olmadığına görə"...

Seçilmiş Videolar

Toplum TV loqo