Siyasət

İlham Əliyev: "Qarabağa "İsgəndər-M" raketlərinin atılmasını Putinlə müzakirə etmişəm"

13 Aprel, 2021
862

Açıq mənbələrdən götürülüb

Azərbaycan prezidenti İlham Əliyev aprelin 13-də Bakıda, ADA Universitetində keçirilən beynəlxalq konfransdakı çıxışı zamanı bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə Qarabağda “İsgəndər-M” raketlərinin qalıqlarının tapılmasını müzakirə edib və Azərbaycanın Müdafiə Nazirliyi Rusiyanın Müdafiə Nazirliyinə bu məsələ ilə bağlı rəsmi məktub göndərib.

"Aprelin 1-də rusiyalı həmkarım Vladimir Putinlə telefon danışığım oldu. Adətən bildiyiniz kimi, telefon danışıqlarının məzmunu tərəflər arasında razılaşdırılır, birgə, razılaşdırılmış informasiya yayılır. Lakin mən Azərbaycan xalqından heç nəyi gizlətmirəm və hesab edirəm ki, Azərbaycan xalqı hər şeyi bilməlidir. Biz bu məsələni müzakirə etmişik. Mənim göstərişimlə Azərbaycan Müdafiə Nazirliyi fotolarla, sübutlarla birlikdə rəsmi məktub göndərib. Lakin biz hələlik heç bir cavab almamışıq", - deyə Əliyev bildirib.

İlham Əliyev rəsmi Yerevanın bu raketlərin istifadə olunması ilə bağlı bəyanatlarını da “qəribə” adlandırıb. "Onlar gah deyirlər raketlər partlamayıb, gah deyirlər bu sirrdir. Deməli, hər halda istifadə olunub. Biz rəsmi Yerevandan cavab gözləyirik. Mən sizə deyə bilərəm ki, bizdə kifayət qədər informasiyalar var, amma biz rəsmi izahat gözləyirik", - deyə prezident əlavə edib

Siyasət

İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında görüş olub

22 May 2022

Rəsmi səhifə

Bu gün Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Bu barədə Prezident İlham Əliyevin mətbuat xidmətindən məlumat verilib. Görüşün detalları barədə hələlik mətbuata geniş informasiya verilməyib. Bundan əvvəlsə İlham Əliyevin Şarl Mişel ilə təkbətək görüşü olub. APA xəbər verir ki, görüş zamanı Əliyev Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olunduğunu qeyd edib.   O, bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığını vurğulayıb. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə Avropa...
Siyasət

İlham Əliyev və Şarl Mişel arasında görüş olub

22 May 2022

Rəsmi səhifə

Azərbaycan Prezident İlham Əliyevin Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə təkbətək görüşü başlayıb. Bu barədə Prezident İlham Əliyevin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Şarl Mişel dövlət başçısını qarşılayıb, sonra birgə foto çəkdirilib. Bu gün Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş planlaşdırılır.

Seçilmiş Videolar

Toplum TV loqo