Siyasət

İlham Əliyev Rusiya Baş nazirinin müavini ilə görüşdü

24 Noyabr, 2021
70

Rəsmi səhifə

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də Rusiya Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib, bu il ticarət dövriyyəsinin 7 faiz artdığı qeyd olunub. Rusiya şirkətlərinin Azərbaycana böyük maraq göstərdiyi bildirilərək, Prezident İlham Əliyevin bu işdə dəstəyinin önəmi vurğulanıb. Bildirilib ki, görüş keçirildiyi vaxtda eyni zamanda Azərbaycan-Rusiya işgüzar dairələri arasında da danışıqlar davam edir.

Görüşdə Rusiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyəti, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu məsələləri geniş müzakirə olunub. Əminlik ifadə edilib ki, Azərbaycan-Rusiya münasibətləri müxtəlif sahələrdə bundan sonra da uğurla inkişaf edəcək.

Söhbət zamanı Rusiya-Azərbaycan-Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli komissiyanın fəaliyyəti və eləcə də gələcək planlar haqqında fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı İlham Əliyev bu sahədə göstərdiyi səylərə görə Aleksey Overçuka təşəkkürünü bildirib.

Görüşdə o da qeyd olunub ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının tezliklə açılması bölgədə sabitliyə və iqtisadi inkişafa öz töhfəsinin verəcəkdir.

Siyasət

Tofiq Yaqublunun döyülməsinə ziyalılar necə reaksiya verdi?

Aytac Məmmədli
2 Dekabr 2021

Açıq mənbələrdən götürülüb

“Tofiqin döyülməsini qınayıram, amma onun aksiyaya çıxması da doğru deyildi” “Toplum TV”-yə danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu Milli Şura üzvü Tofiq Yaqublunun döyülməsinə münasibət bildirərkən belə deyib. Dekabrın 1-də "Saleh Rüstəmliyə azadlıq!" şüarı ilə keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılan Milli Şuranın və Müsavat Partiyasının funksioneri, keçmiş siyasi məhbus Tofiq Yaqublunun üz nahiyəsində çoxsaylı qançırlar olan fotosu yayılıb. Fotoda T. Yaqublunun göz, üz nahiyəsi və göz qapaqlarında zədələrin olduğu görünür. Tofiq Yaqublu saxlanılarkən onun sifətində həmin izlər olmayıb. Tofiq Yaqublu aksiyada N. Cəfəroğlu hesab edir ki, T. Yaqublu aksiyaya çıxmaqla Saleh Rüstəmlinin işini təzədən əngəlləyib: “Polis Tofiqə bunu etməməli...
Siyasət

Ceyhun Bayramov Entoni Blinken ilə görüşdü

2 Dekabr 2021

Rəsmi səhifə

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində ABŞ Dövlət katibi Entoni Blinken ilə görüşüb. Bu barədə XİN-dən məlumat verilib. Bildirilir ki, görüşdə tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyi üzrə, o cümlədən iqtisadi, energetika, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər. Görüş zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, sərhəd məntəqəsində gərginliyin səbəbləri, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib. Söhbət zamanı Azərbaycanın enerji sahəsində verdiyi töhfə, həm...
Seçilmiş Videolar