Siyasət

İlham Əliyev Rusiyaya meydan oxuyur?

Roza Məmmədova
21 Aprel, 2021
1349

Azərtac

Aprelin 20-də prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində strateji tərəfdaşlıq məsələsindən danışarkən Moskvadan “İsgəndər-M” raketi ilə bağlı suala konkret cavab ala bilmədiyini bildirib, münasibətlərin səmimi olmamasına eyham vurub.

“Rusiya sülhməramlı qüvvələri Azərbaycanın razılığı ilə bizim torpağımıza - Qarabağa, Xankəndiyə və ətraf yerlərə gətiriliblər. Biz hesab edirdik ki, bu yeni əməkdaşlıq formatı əlaqələrimizi möhkəmləndirəcək. Əslində, möhkəmləndirməlidir. Ancaq “İsgəndər-M” raketlərinin Şuşa şəhərində tapılması və bu məsələ ilə bağlı bu günə qədər bizə tam cavabın verilməməsi, əlbəttə ki, Azərbaycan xalqında və Azərbaycan rəhbərliyində haqlı olaraq təəssüf və təəccüb hissi oyadır. Biz ümid edirik ki, bu məsələyə aydınlıq gətiriləcək. Strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır”.

Müsahibə zamanı prezident Rusiya mətbuatında silah qaçaqmalçılığı ilə bağlı səsləndirilən ittihamlara münasibət bildirib: “Guya ki, Azərbaycan Türkiyə ilə birlikdə bu “İsgəndər-M” raketlərinin qalıqlarını Suriyadan gətiribdir və Şuşaya qoyubdur. Bu bizə qarşı açıq ittihamdır. Bizi nədə ittiham edirlər, saxtakarlıqda? Bir adam deyə bilər ki, Azərbaycan nə vaxtsa saxtakarlıq edib?”

İ.Əliyevin dedikləri “Pərdə arxasında nələr baş verir? Rusiya ilə Azərbaycan arasında hansı proses gedir” suallarını doğurur.

“Bu “təəssüf məsələsi” deyil, daha çox siyasi alverdir”

“Turan” İnformasiya Agentliyinin redaktoru, siyasi şərhçi Şahin Hacıyev belə fikirləşir.

Şahin Hacıyev-Modern.az

Sülhməramlıların Azərbaycana razılaşma əsasında gəldiyini söyləyən Ş.Hacıyev əlavə edir ki, hazırda hakimiyyət nədənsə narazıdır, mövcud vəziyyət onu qane etmir.

“Bütün şərtlər ilk gündən məlum idi: sülhməramlılar gəlməzdən qabaq onların mandatı haqqında sənəd hazırlansa da, təsdiqini tapmadı. Ona görə ki, orada sülhməramlıların vəziyyəti, səlahiyyətləri göstərilirdi. Əgər bu sənəd təsdiq edilsəydi, gələcəkdə söz demək imkanları məhdudlaşmış olacaqdı. Bu baş tutmadığından İlham Əliyev də vəziyyətdən istifadə edir. Bu ritorika həm də onu göstərir ki, Azərbaycan bölgədə atılacaq addımların qarşısını almağa çalışır”.

“Hazırda danışıqlar mərhələsidir”

Münasibətlərin gərgin görünməsinə baxmayaraq Ş.Hacıyev indiki məqamda konfliktin alovlanmasını gözləmir.

“Belə bir misal söyləyim: ermənilər əvvəlcə muxtariyyətdən söz açırdı, indisə Qarabağın statusu ilə razılaşırlar. Bakı da bu üsuldan istifadə edir”. 

O ki qaldı müharibə vaxtı Rusiyadan Ermənistana silah daşınmasına, siyasi şərhçi hesab edir ki, bu, Rusiyadaxili problemdir:
“Hansı səviyyədə baş verib, kimlər iştirak edib? Əslində, bu, rus hərbçilərinin əməlidir, yəni onlar raketləri qeyri-qanuni yolla kiməsə satıblar. Rusiya bu ittihamları heç vaxt boynuna götürməz. Çalışacaq ki, ən yumşaq şəkildə öz mövqeyini ifadə etsin. İlham Əliyev də yaranmış imkandan ən yaxşı şəkildə yararlanmağa çalışır”.

“Rusiya-Azərbaycan münasibətləri gərgin mərhələyə qədəm qoyub”

Ümid Partiyasının sədri İqbal Ağazadə belə hesab edir.

İqbal Ağazadə- APA

“Gərginlik qarşılıqlı ismarıc şəklində davam edir. Rusiya bölgədəki missiyasından kənar addımlar atır. Azərbaycan tərəfi də müharibə dönəmində istifadə olunan silahlarla bağlı mesajlar verir. Bunun nə qədər davam edəcəyini, qarşılıqlı razılaşmanın mümkün olub-olmamasını demək çətindir”.

İ.Ağazadəyə görə, son zamanlar ABŞ və Qərbin təzyqiləri ilə üzləşən Rusiya Avrasiya İttifaqını möhkəmləndirməyə fokuslanıb və ittifaqa yeni üzvlər daxil etməyi planlaşdırır: “Fikrimcə, Belarus prezidentinin ölkəyə gəlişi həm də Azərbaycanı bu ittifaqa cəlb etmək məqsədi daşıyırdı”.

Partiya sədri hesab edir ki, bu, hələ başlanğıcdır, Azərbaycanın ittifaqa qoşulub-qoşulmayacağını öyrənənədək təzyiqlər davam edəcək.

“Artıq olan-olub: rus sülhməramlıları bölgədədir. Azərbaycan Rusiya ilə ittifaq qurmaq, mövqe tutmaq əvəzinə, Avropa Birliyi və Türkiyə ilə birgə çıxış etməlidir”.

Rəsmi Bakı Moskvadan üz döndərsə, bu, Azərbaycana nələrə başa gələcək?

Suala cavab olaraq İqbal Ağazadə deyir ki, Azərbaycan bölgədə tək deyil, Türkiyə artıq açıq mövqe nümayiş etdirir.

“Mən iddia etmirəm ki, dərhal müharibə başlayacaq və Azərbaycan hər şeyi həll edəcək. Ən azından ölkənin müqavimət göstərmək, hətta ona bədəl ödətmək istəyən tərəflərə qarşı çıxmaq imkanları var. Rəhbərlik yaxşı bilir ki, raket hardan, necə atılıb. Prezident Hərbi Qənimətlər Parkındakı çıxışında da bildirmişdi ki, hər şey aydındır, lakin biz cavab istəyirik... Hakimiyyət Rusiyayla münasibətdə həmişə çəkingən olub, bu baxımdan indi sərt mesaj yollamaq iqtidarında deyil. Demokratik, xalqa söykənən bir hakimiyyət olsaydı, bəlkə daha sərt, daha açıq mesaj vermək mümkün olardı”.

“Nəyi nə vaxt deməyi möhtərəm prezident daha yaxşı bilir”

Aqil Abbas-Sosial Media

Milli Məclisin deputatı, yazıçı Aqil Abbas münaqişənin yenidən alovlanmayacağını düşünür:
“Biz bütün dünyaya kim olduğumuzu sübut etmişik, vəssalam! İsgəndər raketi “Makarov” tapançası deyil ki, kimsə belinə taxıb rahat gəzdirə bilsin. Hər halda, raketi Ermənistana Rusiya verib”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Rəsmi Bakı İranda saxlanılan azərbayanlı tələbə ilə bağlı açıqlama verib

2 İyun 2023

Rəsmi səhifə

"İranda həbs olunan Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür". Toplum Tv xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda həbs olunmasına münasibət bildirərkən deyib. O xatırladıb ki, Fərid Səfərli barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni martın 9-dan etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İranın məsələyə aydınlıq gətirməsi məqsədilə müvafiq olaraq İranın Azərbaycandakı Səfirliyinə nota ünvanlanıb: Çoxsaylı müraciətlərdən sonra İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə Fərid Səfirlinin ailəsinə müvafiq məlumat verilib". https://toplum.tv/siyaset/pazerbaycanli-telebenin-iranda-casusluq-ittihami-ile-hebs-olundugu-bildirilirp...
Siyasət

Rəsmi Bakı Makronun bəyanatından narazı qalıb

2 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir". Toplum Tv xəbər verir ki, bu barədə iyunun 2-də Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidenti Emmanuel Makron tərəfindən Kişineu görüşünün nəticələrinə dair yayılmış bəyanata cavab olaraq deyib. Onun sözlərinə görə, Kişineuda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo