Siyasət

İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında görüş olub

22 May, 2022
123

Rəsmi səhifə

Bu gün Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında görüş baş tutub.

Bu barədə Prezident İlham Əliyevin mətbuat xidmətindən məlumat verilib.

Görüşün detalları barədə hələlik mətbuata geniş informasiya verilməyib.

Bundan əvvəlsə İlham Əliyevin Şarl Mişel ilə təkbətək görüşü olub.

APA xəbər verir ki, görüş zamanı Əliyev Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olunduğunu qeyd edib.

 

O, bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığını vurğulayıb.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə Avropa İttifaqının Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək vermək əzmini bir daha ifadə edib.

Şarl Mişel vasitəçilik səylərini davam etdirəcəyini bildirib və bu formatda keçirilmiş əvvəlki görüşlərin əhəmiyyətinə toxunub.

Siyasət

Demokratik Təşəbbüslər İnstitutu yeni hesabat yaydı

6 İyul 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda dövlət səviyyəsində Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrasını həyata keçirən və bu icraya nəzarət edən vahid bir qurum yoxdur.  Bu barədə Demokratik Təşəbbüslər İnstitutu tərəfindən (IDI) “Şəxsi və Ailə Həyatına Hörmət Hüququ (Konvensiya, maddə 8) ilə bağlı AİHM-in Azərbaycana qarşı Qərarlarının İcra Vəziyyətinə” dair hazırladığı hesabatda bildirili.  Hesabatda şəxsi və ailə həyatına hörmət hüququ,bu hüquqa olan təminatlar, o cümlədən AİHM qərarlarının hüquqi qüvvəsi nəzərdən keçirilib, yerli və beynəlxalq qanunvericilik analiz edilib.  Araşdırmada AİHM tərəfindən Azərbaycana qarşı 8-ci (“Şəxsi və ailə həyatına hörmət hüququ”) maddə altında çıxarılan və pozuntusu tanınan 16 qərarın qısa təsviri və həmin qərarların icra vəziyyəti,...
Siyasət

Şahid: Almaniyaya getmək üçün mənə AXCP üzvü olmağım barədə saxta arayış verdi

Leyli Cəfərova
6 İyul 2022

Açıq mənbələrdən götürülüb

“Sənədlərin hazırlanması üçün Ramin Hacılıya 4500 manat pul verdim. Sənədlər arasında AXCP üzvü olmağım barədə arayış da var idi. Ancaq belə heç bir partiyanın üzvü deyiləm”. Bunu iyulun 6-da Azərbaycan Avropa Hərəkatının həbsdə olan rəhbəri Ramin Hacılının məhkəməsində şahid qismində dindirilən Elnur Qəmbərov dedi. O, bu sənədlərin ona Almaniyaya getmək üçün lazım olduğunu söylədi. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidov şahiddən Almaniyaya getməsinin səbəblərini soruşdu. O bildirdi ki, azyaşlı övladı xəstədir, məqsədi onu Almaniyaya apararaq müalicə etdirmək olub: “Burda müalicələr təsir etmirdi, məcbur oldum ki, Almaniyaya getməyin yollarını tapım. Soraqlayıb bu şirkəti tapdım, Ramin Hacılı mənə sənədlərin toplanmasında kömək...

Seçilmiş Videolar

Toplum TV loqo