İlham Əliyev: "Zəngəzur dəhlizi açılmasa, sülhdən danışmaq çox çətin olacaq"
Rəsmi səhifə
Bu gün, iyunun 16-da IX Qlobal Bakı Forumunun açılışında çıxış edən Prezident İlham Əliyev növbəti dəfə Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətindən danışıb.
"Zəngəzur dəhlizi açılmasa, sülhdən danışmaq çox çətin olacaq, Azərbaycanın Ermənistanla normal qonşuluğa yönəlmiş səyləri boşa çıxacaq", - deyə dövlət başçısı vurğulayıb.
İlham Əliyev çıxışında qeyd edib ki, 30 illik işğal Ermənistan əhalisini daha xoşbəxt etmədi, əksinə onlar beynəlxalq ictimaiyyət tərəfindən işğalçılar və təcavüzkarlar kimi tanındılar.
"Müharibə başa çatdıqdan sonra indi hamı onların işğal dövründən nə kimi dağıntılar qoyduqlarını görə bilir. Ona görə də Zəngəzur dəhlizinin açılması ilə bağlı ən tez qərar regionda gələcək sülhün fundamental elementlərindən biridir. Əgər bizə bu gediş-gəliş verilməsə, sülhdən danışmaq çox çətin olacaq və Azərbaycanın Ermənistanla normal birgəyaşayış, normal qonşuluğa yönəlmiş bütün səyləri boşa çıxacaq. Bu bir daha vacib məsələdir və Azərbaycanın bunu tələb etmək hüququ var. Ermənistan hökuməti müvafiq bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkən ölkə kimi bizim tələb etməyə mənəvi haqqımız var”, - deyə Prezident bildirib.
Azərbaycan Prezidenti çıxışlarında tez-tez Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətindən danışır. Ermənistan tərəfi isə bunun qəbuledilməz olduğunu bəyan edir.
Sonuncu dəfə Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 13-də Qətərə rəsmi səfəri zamanı Zəngəzur dəhlizi məsələsinin ölkəsi üçün qırmızı xətt olduğunu vurğulamışdı.
"Dəhliz adı verilən formul bizim üçün qəbuledilməzdir, bu, bizim üçün qırmızı xəttdir, çünki üçtərəfli bəyanata əsasən, yalnız bir dəhliz var, Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi. Amma üçtərəfli bəyanatda kommunikasiyaların açılması ilə bağlı daha bir müddəa da var. Mən dəmir yollarını, avtomobil yollarını nəzərdə tuturam və biz hazırıq, əslində biz artıq qarşılıqlı suverenlik və sərhədlərin toxunulmazlığına hörmət prinsipi əsasında regional kommunikasiyaların açılması məsələsini müzakirə edirik”, - deyə Paşinyan "Əl-Cəzirə" telekanalına müsahibəsində bildirmişdi.
Onun sözlərinə görə, hazırda Ermənistanla Azərbaycan arasında ən aktual və vacib məsələ Dağlıq Qarabağ məsələsidir.
Baş nazir demişdi ki, hazırda Azərbaycanla Ermənistan arasında təmaslar var. O, yaxın müddətdə iki ölkənin Dağlıq Qarabağ mövzusuna qayıda biləcəyinə ümid etdiyini vurğulamışdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
President.az
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?