Siyasət

İlkin versiyaya görə, Nihad Əliyev özü özünü vurub

27 Mart, 2021
1558

Açıq mənbələrdən götürülüb

Türkiyənin "Sabah" qəzeti ötən gecə SOCAR dövlət neft şirkətinin top-meneceri Nihad Əliyevin ölümü ilə bağlı ilkin məlumatları dərc edib.

Polisin məlumatına görə, mərhum qonaqları ilə birlikdə (üç qadın, üç kişi) saat 23-də restorandan otelə gəlib və otağına çıxıb. Əliyevin qonaqlarının ifadələrinə əsasən, o, oteldə istirahət edərkən belindən tapançasını çıxarıb və zarafatla başına dayayıb. Qonaqları bunun təhlükəli olduğunu dedikdə Əliyev silahın dolu olmadığını bildirib, buna cavab olaraq qonaqları "Şeytan doldurar" deyiblər. Əliyev tətiyi çəkib və atəş açılıb.

Atəş səsi eşidən otel işçiləri polis çağırıblar. Ağır yaralanan Əliyev xəstəxanaya aparılıb, amma onun həyatını xilas etmək mümkün olmayıb. 

"Sabah"ın məlumatına görə, polis şahid ifadələri almağa davam edir və hələlik mətbuat üçün bəyanat verməyib.

SOCAR dövlət şirkəti hələlik hadisə ilə bağlı şərh vermir. Bəzi məlumatlara görə, 40 yaşlı Nihat Əliyev SOCAR prezidenti Rövnəq Abdullayevin qohumudur. Bəzi məlumatlara görə, mərhum "SOCAR Trading"-də ikinci şəxs idi.

"Forbes"-in məlumatına görə, "SOCAR Trading" əvvəlcə İsveçrədə Azərbaycan neftinin satışı üçün yaradılıb. Amma indi şirkət qlobal treyder kimi fəaliyyət göstərir, digər şirkətlərin neftini də satır. 2018-ci ildə SOCAR Trading-in qazancı 53,5 milyard dollar təşkil edib (Daha yeni məlumat yoxdur).

Rusiyada şirkət "Rosneft" və "Surqutneftqaz"la əməkdaşlıq edir, bu şirkətlərin neftini Türkiyə, Xorvatiya, Bolqarıstan və ABŞ-a ixrac edir. Ana şirkət olan SOCAR 2019-cu ildə "Sberbank"-la birlikdə hazırda müflislik prosedurundan keçən Antipinski Neft Emalı Zavodunun sərmayəsinə daxil olub ("Turan"). 

Siyasət

Konfliktoloq: "Rusiya diversantlarla bağlı Azərbaycana təzyiq etmir"

Aytac Məmmədli
9 Aprel 2021

Sosial media

"Azərbaycan hərbi əsirlərin hamısını qaytarıb". Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev "Toplum TV"-yə deyib. Aprelin 8-də xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, hərbi əsirlərin qarşı tərəfə verilməsi həll edilib və bu məsələ artıq bağlanıb. Ermənistan mətbuatı isə ötən gün yazıb ki, Azərbaycanda saxlanılan erməni hərbçilərinin bir qrupu Rusiyanın vasitəçiliyilə qaytarılır. Hətta erməni yaxınları da hava limanında gözləyiblər. Təyyarə Yerevanın “Erebuni” aeroportunda eniş edib və məlum olub ki, içərisində yalnız Rusiyanın sülhməramlı qüvvələrinin komandanı Muradov olub. Bir gün sonra Rüstəm Muradov açıqlama yayıb ki,...
Siyasət

Media ilə bağlı yeni qanuna ehtiyac varmı?

Nigar Səmədli
9 Aprel 2021

Açıq mənbələrdən götürülüb

“Media sahibliyi məsələsi uzun illərdir ki, ciddi problem kimi ortalıqdadır, azad rəqabət mühiti, reklam bazarı və şəffaflıq yoxdur. Hökumət də bundan istifadə edib medianı fərqli adlar altında nəzarətində saxlayır”. Bunu “Toplum TV”-yə media hüququ üzrə ekspert Xalid Ağaliyev Əhməd İsmayılovun fikirlərini şərh edərkən deyib. Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov aprelin 9-da jurnalistlərə deyib ki, Azərbaycanda “Media haqqında” yeni qanun layihəsi hazırlanır. O, layihənin Prezidentin "Ьedia sahəsində islahatların dərinləşdirilməsi haqqında" 12 yanvar tarixli fərmanının ikinci hissəsinə uyğun olaraq hazırlandığını bildirib. Əhməd İsmayılov qeyd edib ki, layihə hazırda işçi qrupda müzakirə olunur: “Media subyektləri tərəfindən verilmiş rəy və təkliflərin...
Seçilmiş Videolar