VOA
İlahiyyatçı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlunun Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində bir neçə saat şahid qismində dindirildikdən sonra oktyabrın 20-də gecə saat 2 radələrində sərbəst buraxılıb.
Bu barədə onun özü "Feysbuk" səhifəsindəki canlı yayımda bildirib.
İ.İbrahimoğlu oktyabrın 19-da Dövlət Təhlükəsizliyi Xidmətinə aparılıb.
“Mən hazırda sərbəstəm. Məni gəlib evimdən aparıblar. Bir neçə saat şahid qismində dindirilmişəm. Maraqlandırılan suallara cavb vermişəm. Geniş, ətraflı müzakirələr olub. Bütün sürəc boyunca çox peşəkar, korrekt davranılma olub. Hazırda mənə ünvanlanan bütün suallar, məsələlər cavablandırıldığı üçün sərbəst buraxılmışam,” - o qeyd edib.
Bununla yanaşı, İ.İbrahimoğlu hansı cinayət işi üzrə dindirilməsi və dindirilmənin detalları barədə məlumat verməyib. O həmçinin yenidən dindirilmə üçün dəvət edilib-edilməyəcəyini də deməyib.
Dövlət Təhlükəsizliyi Xidməti də ilahiyyatçının dindirilməsinin səbəbləri ilə bağlı hələ məlumat yaymayıb.
İ.İbrahimoğlunun şahid qismində dindirilməsi İran-Azərbaycan münasibətlərinin gərginlşdiyi vaxta təsadüf edir.
İlahiyyatçı bundan əvvəl 2003-cü ildə prezident seçkilərindən sonra həbs edilib. O, 2004-cü ilin aprelində beş il şərti həbs cəzası ilə azadlığa buraxılıb.
"president.az"
Rəsmi səhifə
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?