Siyasət

İqbal Ağazadə: “Paşinyandan Qarabağın Azərbaycan ərazisi olduğu etirafını gözləyirəm”

22 Yanvar, 2021
553

Daily Azerbaijan

Ermənistan müxalifəti Baş nazir Paşinyanı Şuşanı Azərbaycana verməkdə ittiham edir. Onlar deyirlər ki, Şuşanın erməni şəhəri olmasına baxmayaraq, hökumət xəyanət edərək şəhəri Azərbaycana verib.

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə müxalifətin ittihamlarına cavab verib. O, çıxışında bildirib ki, Şuşa əhalisinin 90 faizi azərbaycanlılardan ibarət olub. Bununla da o, Şuşanın Azərbaycan şəhəri olduğunu etiraf edib.

Bəs bu etiraf seçkilərə hazırlaşan Paşinyan hökuməti üçün hansı nəticələri doğura bilər?

Politoloq Şahin Cəfərli “Toplum TV”-yə deyib ki, Ermənistanda Paşinyana ciddi alternativ yoxdur: "Paşinyanın seçkilərdə 30-35 faiz səs toplamaq potensialı var. Bunun əsas səbəblərindən biri odur ki, Ermənistanda ona alternativ olan ciddi bir müxalifət qüvvəsi yoxdur”.

FOTO: sosial media


Şahin Cəfərli Ermənistanın Baş nazirinin bu açıqlamasının gözlənilən olduğunu deyir: “Əslində, Paşinyanın bu mövqeyi onun sülhə meyilli olduğunu göstərir və o, bu gün erməni cəmiyyətində yeganə adekvat siyasi lider kimi görünür. Əlbəttə ki, onun bu mövqeyində müharibənin də böyük təsirləri var. Ermənistanın sarsıdıcı məğlubiyyətə uğraması ilə yeni reallıqlar yarandı. Paşinyan da soyuq başla düşünərək bu yeni reallıqlardan çıxış edir və anlayır ki, Azərbaycan və Türkiyə ilə bu düşmənçiliklərin davam etməsinin ən çox ziyanı erməni xalqınadır. O da Ermənistanın inkişafının yolunun bu problemin həllindən, eyni zamanda Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpasından keçdiyini bilir. Bu baxımdan Paşinyanın bu cür mövqeyi gözləniləndir".

O, Ermənistanda bu il vaxtından əvvəl keçiriləcək parlament seçkilərində hazırki hökumətin qalibgəlmə şansının olduğunu düşünür: “Şübhə yoxdur ki, Paşinyanın reytinqi müharibədən sonra xeyli aşağı düşüb. Seçkilərdə onun partiyası 70%-dək səs toplamışdı, amma yeni seçkilərdə bu qədər səs yığması mümkün deyil. Buna baxmayaraq ehtimal var ki, daha az səs toplasa belə birinci yeri tutsun. Mənim düşüncəmə görə, Paşinyanın 30-35% səs toplamaq potensialı var. Bunun əsas səbəblərindən biri odur ki, Ermənistanda ciddi bir müxalifət qüvvəsi yoxdur. Paşinyanı devirmək istəyən 17 partiyadan ibarət koalisiya mövcud olsa da, o qüvvələrin Ermənistan cəmiyyətində elə də yüksək reytinqi yoxdur. Onların keçirdiyi etiraz aksiyalarından da görünən o idi ki, bu partiyalar xalqı aksiyalara toplaya bilmədilər. Yəni bu baxımdan Paşinyanın ciddi bir alternativi də yoxdur”.

Ümid partiyasının sədri İqbal Ağazadə bu fikirlərlə Paşinyanın hazırkı dönəmdə mövqelərini möhkəmləndirmək istədiyini bildirib: “O, Şuşanın Azərbaycanın şəhəri olduğunu çox gec etiraf edib. Paşinyan inauqurasiya mərasimini orada keçirdiyini və ya qondarma rejimin paytaxtının Şuşaya köçürülmə qərarını verdiyini unudubmu? İndiki açıqlama isə öz məğlubiyyətinə haqq qazandırmaq üçündür. Ermənistan cəmiyyəti bu həqiqətləri gec-tez kiminsə dilindən eşitməli idi. Paşinyan belə bir etiraf edirsə, hesab edirəm ki, Cənubi Qafqazda yeni mərhələnin başlanğıcı qoyula bilər. Hətta onun Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu da etiraf edəcəyini gözləyirəm”.

Partiya sədri seçkilərlə bağlı proqnozların indidən verilməsinin çətin olduğunu qeyd edib: “Ermənistanda sosial durum çox ağırdır və bu durumun ağırlığı insanların fərqli qərarlar verməsinə səbəb olur. Paşinyana qarşı müxalif partiyalar sayca çox olsa da, o siyasi arenadan tamamilə silinməyəcək. Ən azından parlamentdə bəlli bir çoxluqla təmsil olunacaq. Bu, hakimiyyət qurmağa yetərli olacaqmı? Bunu demək hələ tezdir”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo