İqbal Ağazadə: “Şəxsi görüntüləri yaymaq siyasi baxımdan çox böyük əxlaqsızlıqdır”
“Şəxsi həyatı yaymaq, insanları şantaj edərək siyasətdən uzaqlaşdırmağa çalışmaq qəbuledilməzdir. Bu həm cəmiyyət üçün, həm də hakimiyyətin özü üçün yaxşı heç nə vəd etmir”.
Bunu “Toplum TV”-yə Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.
Sosial şəbəkədə Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənliyə aid olduğu iddia edilən intim görüntülər yayılıb. Bu barədə martın 28-də C.Həsənli şəxsi “Feysbuk” hesabında paylaşım edib.
O bu görüntülərin yayılmasında Azərbaycan hakimiyyətini ittiham edib.
İqbal Ağazadə bunu qanuna zidd hərəkət adlandırıb, hadisədən məyus olduğunu bildirib: “Çox təəssüf edirəm ki, siyasi mübarizə və münasibətlər sistemi gəlib bu yerə çatıb.
Konstitusiyaya görə, hər bir insanın şəxsi həyatı toxunulmazdır. Heç kimin yaşam tərzi müzakirə predmetinə çevrilə bilməz və buna görə kimsə qınana bilməz. Qeyri-qanuni şəkildə kiminsə ailə həyatına, yataq otağına burun soxmaq mənəvi dəyərlərə də uyğun gəlmir. Hesab edirəm ki, hakimiyyət məsuliyyəti üzərinə götürüb araşdırma aparmalıdır. Ya hakimiyyət bu addımı özünün atdığını təsdiq etməli, ya da bu işdə əli olmaması və mübarizənin bu yerə çıxmadısı ilə bağlı cəmiyyətə aydın bir fikir söyləməlidir. Belə bir addım atmaq siyasi cəhətdən çox böyük əxlaqsızlıqdır. Kim necə yaşayır, kim hansı həyat tərzini seçirsə, bu onun şəxsi işidir. Kiminsə həmin həyat tərzindən xoşu gəlmirsə, o cür yaşamasın, bu da onun seçimidir. Lakin şəxsi həyatı yaymaq, insanları şantaj edərək siyasətdən uzaqlaşdırmağa çalışmaq qəbul edilməzdir. Bu həm cəmiyyət, həm də hakimiyyət üçün yaxşı heç nə vəd etmir. Bu münasibətlər sistemi ilə yaxşı heç bir şey olmayacaq, bununla heç kim qazanmayacaq, əksinə, cəmiyyət və dövlət itirəcək”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
President.az
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?