Açıq mənbələrdən götürülüb
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları bu gün, oktyabrın 17-də Azərbaycanla sərhəddə, Araz çayı yaxınlığında hərbi təlimlərə başlayıb.
Rəsmi IRNA agentliyinin məlumatına görə, təlimlər İslam İnqilabı Keşikçiləri Korpusu Quru Qoşunlarının döyüş hazırlığının artırılması məqsədilə illik təqvim əsasında keçirilir.
SEPAH komandanı, general Məhəmməd Pakpur təlimlər çərçivəsində paraşüt-vertolyot əməliyyatı, gecə hücumu əməliyyatı, helikopter döyüş əməliyyatı, dron əməliyyatı, yüksəkliklərin tutulması, həmçinin Araz çayı üzərində körpünün tikintisi, rabitə xətlərinin tutulması və idarə edilməsi məşqlərinin baş tutacağını bildirib.
“Bu təlimlərin mesajı qonşu ölkələr üçün sülh, dostluq və əmin-amanlığın möhkəmləndirilməsidir, düşmənlər üçün isə SEPAH-ın quru qoşunları və İranın digər silahlı qüvvələrinin ölkə sərhədlərini qorumaq və istənilən təhdidlərə cavab verməyə hazır olduğunu göstərməkdir”, - deyə general Pakpur açıqlamasında bildirib.
Xatırlatma
İran ötən ilin oktyabrında da Azərbaycanla sərhəddə irimiqyaslı hərbi təlimlər keçirmişdi.
Azərbaycan Prezidenti İlham Əliyev məsələylə əlaqədar açıqlamasında İran hərbi təliminin keçirilməsini "çox təəccübləndirici" adlandırmışdı. Əliyev müsahibəsində hər bir ölkənin öz ərazisində təlim keçirə biləcəyini, bunun onun ayrılmaz haqqı olduğunu bildirsə də, İranın Cəbrayıl, Füzuli və Zəngilan bölgələrinin 30 il Ermənistanın işğalında olarkən niyə hərbi təlim keçirməməsini sorğulamışdı.
Ötən ilin bu vaxtı Azərbaycanla İran arasında münasibətlər Ermənistanın bir hissəsi Azərbaycandan keçən Gorus-Qafan yolundan istifadə edən İran nömrəli nəqliyyat vasitələrinə rəsmi Bakının nəzarət etməsindən sonra gərginləşmişdi.
Həmçinin Azərbaycan Ermənistan ərazisindən Zəngilan dəhlizinin keçməsində təkid edir, İran rəsmiləri isə belə bir dəhlizə qarşı olduqlarını dəfələrlə bildiriblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
mfa.gov.az
Açıq mənbələrdən götürülüb