Siyasət

İran Azərbaycanla sərhəddə terrorçu qrupu məhv etdiyini bildirir

23 Sentyabr, 2022
390

Açıq mənbələrdən götürülüb

İranın şərqi Azərbaycan Sərhəd Mühafizəsi Xudafərin sərhəddində silahlı terrorçu dəstənin likvidasiya edildiyini açıqlayıb. 

"Mehr" agentliyinın sentyabrın 23-də verdiyi məlumata görə, bu barədə İran Sərhəd Mühafizə Xidmətinin komandiri Məhəmməd Əhməd bildirib. 

M.Əhmədinin sözlərinə görə, ötən gecə Şərqi Azərbaycan vilayətinin sərhəd polis qüvvələri tərəfindən ölkə daxilində təxribat törətmək niyyətində olan terrorçu dəstə həbs edilib və onlardan xeyli miqdarda silah-sursat götürülüb.

General Əhmədi bildirib ki, iki terrorçu həbs edilib və polis onların sürdüyü iki maşını müsadirə edib. 

https://toplum.tv/multimedia/iranda-etirazlar-davam-edir-72455

"Avtomobillərə baxış zamanı xeyli sayda silah-sursat, o cümlədən üç kameralı silah, dörd qumbara və üç uzaqdan idarə olunan partlayıcı qurğu aşkar edilib. Onlardan çoxlu sayda kamera, planşet və mobil telefonlar da aşkar edilərək götürülüb", - deyə general iddia edib. 

O, əlavə edib ki, terrorçulara qarşı iddia qaldırılıb və onlar ədliyyə orqanlarına təhvil verilib.

Xəbərdə terrorçuların hansı qruplaşmaya aid edildiyi dəqiqləşdirilməyib. 

Xudafərin Şərqi Azərbaycanın şimal-qərb əyalətində şəhərcikdir və Azərbaycan Respublikası ilə həmsərhəddir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Ermənistanla sərhəddə və Qarabağda atəşkəs pozulub

30 May 2023

Rəsmi səhifə

Mayın 29-u saat 19:00-dan mayın 30-u saat 03:55-dək Azərbaycan Ordusunun mövqeləri fasilələrlə atəşə tutulub. Toplum TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.  Bildirilir ki, Ermənistan bölmələri Azərbaycanın Tovuz, Kəlbəcər və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. https://toplum.tv/siyaset/pqarabag-seperatccedililari-eliyeve-cavab-verdip Həmçinin Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam, Şuşa və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin atəşə tutulduğu xəbər verilib.  "Qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb", - deyə Müdafiə Nazirliyindən bildirilib. 
Siyasət

İsrail Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

30 May 2023

Açıq mənbələrdən götürülüb

İsrail Prezidenti İsxaq Hersoq mayın 30-da Azərbaycana rəsmi səfərə gəlib. Toplum TV xəbər verir ki, İsxaq Hersoqu və xanımı Mixal Hersoqu hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar. İsxaqın Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə görüşü gözlənilir. Ötən ay İsrailin xarici işlər naziri Eli Kohenin Azərbaycana səfəri baş tutmuşdu.  Martın 28-də isə Azərbaycanın İsraildəki səfirliyinin rəsmi açılış mərasimi olub. Azərbaycanın bu ölkədəki səfiri vəzifəsini Muxtar Məmmədov icra edir.  Azərbaycanın İsrail Tel-Əviv şəhərində səfirliyinin təsis edilməsi ilə bağlı sərəncamı Prezident İlham Əliyev ötən il noyabrın 26-da imzalayıb.

Seçilmiş Videolar

Toplum TV loqo