Rəsmi Səhifə
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığı baş tutub.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, nazirlər iki ölkə arasındakı münasibətlərin cari vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər, son zamanlar müşahidə olunan, ölkələrimiz arasındakı dostluq münasibətlərinin səviyyəsinə uyğun olmayan ritorikanın zərərli olduğunu və bütün fikir ayrılıqlarının dialoq vasitəsilə həll edilməsinin vacibliyini qeyd ediblər.
Nazirlər həmçinin ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmətin hər zaman rəhbər tutulmasının vacibliyini vurğulayıblar.
Azərbaycan Respublikası vasitəsilə tranzit daşımalarına dair sualların aidiyyəti dövlət qurumları arasında birbaşa təmaslar vasitəsilə müzakirə edilməsi qənaətinə gəlinib.
İranlı nazir bildirib ki, iki ölkə münasibətlərdəki anlaşılmazlıqlara yol verməməlidir. Onun sözlərinə görə, əlaqələrin güclənən və artan istiqamətdə davam etməsi vacibdir.
Ceyhun Bayramov isə qeyd edib ki, Azərbaycan və İran arasında dost münasibətləri mövcuddur: “Qonşu ölkələrlə dost münasibətlər Azərbaycan üçün prioritetdir. Problemlər dialoq yolu ilə, sakit və səmimi bir mühitdə həll edilməlidir”.
Açıq mənbələrdən götürülüb
Rəsmi səhifə
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?