Siyasət

İran azərbaycanlısı: “Azərbaycana dəstək olsaq, bizi vətən xaini çıxaracaqlar”

8 Oktyabr, 2021
1382

Sosial Media

İran və Azərbaycan arasındakı gərginlik İranda yaşayan azərbaycanlıları da narahat edir.

İranda fəaliyyət göstərən milli hərəkat üzvlərinin özləri bu barədə “Toplum TV”-yə danışıb.

Təhlükəsizlik səbəbilə adının çəkilməsini istəməyən fəalın dediyinə görə, ölkədəki sadə vətəndaşlar dövlətin apardığı təbliğat nəticəsində İsrailin doğrudan da bölgədə olduğunu düşünür və İrana haqq qazandırırlar. 

“Amma heç deyən yoxdur ki, İsrail İranın cənubundakı ərəb dövlətlərilə dostluq edir, ona niyə bir şey demirsiniz?”

Sadə vətəndaşlardan fərqli olaraq Milli Hərəkatın üzvləri İranı qınayır və Azərbaycanın haqlı mövqe qoyduğunu düşünür. Lakin onlar öz gələcəkləri üçün narahat olduqları üçün hələ ki, səssiz qalmağı seçiblər: “Hələlik iki dövlət arasında olan problemə qarışmaq istəmirik. Bu dövlətlər arasında saziş imzalansa, arada biz yanacağıq. Həm də İran daxildən dəstək gözləyir, əgər biz ona qarşı çıxsaq, bizi vətən xaini çıxaracaqlar”.

Təbrizdə Azərbaycan Respublikasına dəstək yürüşü – Sosial Media

Aktivistin dediyinə görə, onlar prosesin necə inkişaf edəcəyini gözləyirlər: “Əgər ciddi bir vəziyyət yaransa, hərəkat üzvləri Türkiyə və Azərbaycanın yanında olacaq”.

Azərbaycan Respublikasının biganəliyindən küskünlük

Aktivistlər Azərbaycanın yanında olacaqlarını bildirsələr də, burdakı bigənəlikdən küskün olduqlarını da gizlətmirlər: “Keçən il Qarabağ savaşında İranın Ermənistana dəstəyini qınamaq üçün meydanlara çıxmışdıq. Bir neçə fəallar yaxalanmış, ağır cəzalar almışdı. Amma təəssüf ki, Azərbaycanın rəsmi orqanları bu haqda danışmadı, müstəqil mediadan başqa heç bir dövlət kanalı bu barədə məlumat vermədi”.

Təbrizdə Azərbaycan Respublikasına dəstək yürüşü – Sosial Media

“Bu, İranda yaşayan 40 milyon türkün oyanışına səbəb olacaq”

Başqa bir milli hərəkat üzvünün söylədiyinə görə, Qarabağ savaşından sonra Azərbaycanın güclənməsi İranı narahat edir: “Çünki Azərbaycan gücləndikcə burdakı türklər oyanar və bu da İranın parçalanmasına səbəb olar. Hamımız bilirik ki, İran İsrail məsələsini bəhanə edir. İsrailin İran sərhəddində heç bir qurumu, texnikası yoxdur”.

Onun sözlərin görə, İranın Azərbaycana düşmənçiliyi öz zərərinə qurtaracaq, çünki bu, İranda yaşayan 40 milyon türkün oyanışına səbəb olacaq.

Xatırlatma

Azərbaycanla İran arasındakı gərginlik davam edir. İki ölkə arasında münasibətlər Azərbaycanın Gorus-Qafan yolunun onun ərazisindən keçən hissəsinə nəzarətini bərpa etməsindən, İrandan gələn yük maşınlarına gömrük rüsumu tətbiq etməsindən sonra gərginləşib.

İranın Azərbaycanla sərhəddə döyüş hazırlığını artırması məqsədi ilə başlatdığı təlimlər bu gərginliyi bir az da artırıb.

İranın Azərbaycanla bağlı narahatlığı artıq ölkənin əsas rəsmi şəxsləri müstəvisində müzakirə olunur.

İranın Ali Rəhbəri Əli Xameneyi özünün “Tvitter” səhifəsində Bakının öz ünvanına qəbul edə biləcəyi paylaşımlar edib: “İranın şimal-qərbində,   bəzi qonşu ölkələrdə baş verən hadisələr, xaricilərin hərbi iştirakı olmadan həll edilməlidir. Hamı xatırlasın ki, kimsə qardaşları üçün quyu qazarsa, özü ora düşər. Təhlükəsizliyini başqasının hesabına təmin edə biləcəyini düşünən, tezliklə bunun üçün bir şapalaq alacağını bilsin”.

Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonuna səfəri zamanı İran tərəfinin "əsassız ittihamlarını" Bakının qəbul etmədiyini bildirib.

“Biz xoş niyyət göstəririk. Amma o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada - Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq", - İlham Əliyev deyib.

Oktyabrın 5-də Xameneyinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatın Bakıda fəaliyyət göstərən ofisi və Hüseyniyyə məscidi koronavirus infeksiyasına görə fəaliyyətini dayandırıb.

Eyni gündə İran Azərbaycan tərəfinə rəsmi hərbi kanallar vasitəsilə Naxçıvana daha çox hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələrin uçuşuna qadağa qoyub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo