İran Moskvanın Qafqazda "sionistlərin və terrorçular"ın olduğunu təsdiqləməsini gözləyir
Açıq mənbələrdən götürülüb
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Rusiyaya rəsmi səfəri zamanı bəyan edib ki, Tehran Mosvadan Qafqazda "sionistlərin və terrorçular"ın mövcudluğu barədə reaksiya gözləyir.
IRNA agentliyinin məlumatına görə, bunu Abdullahiyan Moskva hava limanında jurnalistlərin suallarına cavab verərkən deyib.
"Rusiyanın XİN başçısı Sergey Lavrovla görüş zamanı biz Cənubi Qafqazda baş verən proseslərə dair öz mövqeyimizi çatdırmaq niyyətindəyik. Biz Rusiyanın regionda sərhədlərin dəyişdirilməsi ehtimalına reaksiya verəcəyini və buna həssaslıqla yanaşacağını gözləyirik".
İran tərəfi son dövrlər Azərbaycanda İsrailin hərbi mövcudluğu barədə müntəzəm olaraq danışmağa başlayıblar. Azərbaycan tərəfi bu ittihamları rədd edir və sübutlar tələb edir.
Tehranın iddialarına İsrail tərəfi də reaksiya verib.
İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi rəsmi Tehranın Qarabağda İsrail hərbçilərinin olması barədə iddialarını "böyük axmaqlıq" adlandırıb.
"Düşünürəm ki, bu, böyük bir axmaqlıqdır, çünki Dağlıq Qarabağ bölgəsində həm Rusiya, həm də Türkiyə hərbçiləri var. İranlıların fantaziyalarına qalsa, orada marslıların olduğunu da deyərlər", - deyə səfir açıqlamasında vurğulayıb.
Açıq mənbələrdən götürülüb
Rəsmi səhifə
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?