Siyasət

İran sərhədində Azərbaycan hərbçilərinə atəş açılıb

12 Avqust, 2022
362

Açıq mənbələrdən götürülüb

İrandan Azərbaycana norkotik keçirmək istəyənlər sərhədçilərə atəş atıb. 

Bu barədə avqustun 12-də Baş Prokurorluğunun və Dövlət Sərhəd Xidmətinin yaydığı birgə məlumatda deyilir. 

Bildirilir ki, 12 avqust saat  01:55-də Yardımlı rayonu Deman kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycan Respublikası istiqamətində hərəkət edən 2 nəfər naməlum şəxs müşahidə olunub. Sərhəd pozucularına naryad tərəfindən “Dayan” komandası verilib, havaya xəbərdarlıq atəşi açılıb. Amma naryadın tələblərinə məhəl qoymayan sərhəd pozucuları odlu silahdan atəş açaraq sərhədçilərin həyatına təhlükə yaradaraq təqibdən yayınmağa cəhd ediblər. Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunub. 

https://toplum.tv/siyaset/dsx-nin-7-herbi-qulluqcusu-hebs-edildi

"Nəticədə 1 nəfər sərhəd pozucusu yaralanaraq saxlanılmış, digəri isə havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək İran ərazisinə qaçmağa müvəffəq olmuşdur. Yaralanmış sərhəd pozucusuna dərhal tibbi yardım göstərilmiş və xəstəxanaya təxliyə edilmişdir. İlkin araşdırma zamanı saxlanılmış şəxsin 1972-cı il təvəllüdlü İran İslam Respublikası vətəndaşı Nadirzadə Ağacan Nasir oğlu olması müəyyən edilmişdi", - deyə məlumatda qeyd olunub. 

Qeyd olunub ki, ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 1 ədəd bağlamanın içərisində ümumi çəkisi 7 kq 935 qram narkotik vasitəyə bənzər maddə (“marixuana”), bir ədəd tapança və  ona məxsus patronlar aşkar olunaraq götürülüb.

"Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir", - deyə açıqlamada bildirilib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo