Mehr
İranda ölkənin nəqliyyat şirkətlərinin Qarabağa və Laçın rayonuna getməsinə qadağa qoyulub.
Bu barədə oktyabrın 20-də "Mehr" agentliyi xəbər yayıb.
Məlumata görə, İranın Beynəlxalq Daşımalar İdarəsinin direktoru Məhəmməd Hidayəti beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına xüsusi müraciət ünvanlayıb. O, İran Xarici İşlər Nazirliyinin 9 oktyabr tarixli direktivinə istinadən xəbərdarlıq edib ki, onun təşkilatı Azərbaycan Respublikasının ərazisinə bu ölkənin rəsmi sərhədlərindən kənardan istənilən girişi Azərbaycanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirəcək.
Müraciətdə əsas etibarilə Azərbaycan Respublikasının Qarabağ və Laçın rayonlarına Ermənistan vasitəsilə girişin qadağan olunduğu vurğulanıb. Həmçinin Qarabağdakı tanınmamış seperat rejimlə hansısa ticarət sazişinin imzalanması və nəqliyyat şirkətlərinə bu regiona müşayiətedici sənədlərin verilməsi də qadağan edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür