Trend.az
İranın Azərbaycandakı səfiri Abbas Musəvi İsrailin Azərbaycandakı səfiri Corc Dikin "tvit"inə cavab verib.
Belə ki, C.Dikin Təbrizin mədəniyyəti haqqında kitab oxuduğu yerdə foto paylaşmasından narahat olan iranlı diplomat həmkarını ölümlə təhdid edib.
“Bu macəraçı oğlancığazın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionistini də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!”, - A.Musəvi yazıb.
İsrailin Azərbaycandakı səfiri Corc Dik ötən gün "tviter" səhifəsində “Təbrizin sehrli nağılları” kitabını oxuduğunu əks etdirən foto paylaşıb. "Bu yaxınlarda mənə ərməğan edilən bu möhtəşəm kitabda Təbrizdəki Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm”,- deyə diplomat qeyd edib.
İsrailin Azərbaycandakı səfiri İran barədə: Bu qatil rejimin hədələrini ciddi qəbul edin
Sosial mediadan skrinşot
Açıq mənbələrdən götürülüb