Siyasət

İranın sərt xətt hökumətinin Azərbaycana təsiri – “Həm Azərbaycana, həm də İrana əlaqələrin stabil qalması lazımdır” 

13 Avqust, 2021
3148

Açıq mənbələrdən götürülüb

Zərdüşt Əlizadə: “Özümə sual edirəm ki, İran Xankəndinə Azərbaycanın suverenliyinə xələl gətirəcək nə daşıya bilər? Ağlıma heç nə gəlmir”.

İranın yeni prezidenti İbrahim Rəisi avqustun 11-də hökuməti formalaşdırarkən əsas postlara İslam Keşikçiləri Korpusuyla sıx bağlı və anti-Qərb meyilli namizədləri irəli sürüb. Onlarında arasında hətta terrorçuluq şübhəsiylə “İnterpol”un axtarışında olan şəxs var.

Rəisi Qərbə qarşı sərt mövqeyi ilə tanınır. 2019-cu ilin noyabrında ABŞ hökuməti Rəisinin adını sanksiya siyahısına daxil etmişdi.

 “Toplum Tv” İranda baş verən hakimiyyət dəyişikliyinin və mühafizəkarların hakimiyyətə gəlişinin bölgəyə, o cümlədən İran-Azərbaycan münasibətlərinə təsirlərini Zərdüşt Əlizadə ilə müzakirə edib.

Zərdüş Əlizadə - Açıq mənbələrdən götürülüb

- İranda hökumətin əsasən sərt xətt tərəfdarlarından təşkil olunması İran-Azərbaycan münasibətlərinə nələr vəd edir?

- İranın son 30 illik tarixində mühafizəkarlar da olub, liberallar da. Amma bu iki ölkə arasındakı münasibətlərə əsla təsir etməyib, indi də edəcəyini ehtimal etmirəm. Azərbaycan-İran münasibətləri ümumi bir məcraboyu inkişaf edib. Çünki həm Azərbaycana, həm də İrana əlaqələrin stabil qalması lazımdır. 

- Hacı Allahşükür Paşazadə bir müddət əvvəl Xameneyinin fətvasının Azərbaycanın qələbəsində mühüm rol oynadığını qeyd etdi. İki gün əvvəl isə İran yük maşınlarının Dağlıq Qarabağa qanunsuz səfərləriylə bağlı nota verildi. Bunu Azərbaycanın İrandan gözləntilərinin doğrulmaması kimi xarakterizə etmək olarmı? Bu iki hadisə arasında hansısa əlaqə varmı?

- Heç bir əlaqə görmürəm. Əvvəla, şeyxin belə bir fikir söyləməsi onun şəxsi qənaətidir. Azərbaycan cəmiyyətində əksəriyyət belə düşünmür. Demokratiyadır, istədiyi kimi düşünə bilər, özü bilər. O ki qaldı, İran yük maşınlarının qanunsuz yük daşımasına, bunun bir o qədər də böyük əhəmiyyəti yoxdur. Özümə sual edirəm ki, İran Xankəndinə Azərbaycanın suverenliyinə xələl gətirəcək nə daşıya bilər? Ağlıma heç nə gəlmir.

İbrahim Rəisi və Qasım Süleymani  

- İranda mühafizəkarların hakimiyyətə gəlməsiylə İran-İsrail müharibəsinin baş verəcəyi ilə bağlı fikirlər səsləndirilir. Müharibə ehtimalı Azərbaycan üçün hansı riskləri doğurur?

 -Müharibənin olacağını deyənlərin bölgədəki vəziyyətdən, tərəflərin imkanlarından xəbəri yoxdur. Nə İsrail İrana hücum etmək imkanındadır, nə də İran belə fikirdədir. 30 ildir ki, bir-birlərini hədələyirlər.  Mən düşünürəm ki, İsrail tək başına İrana hücum etmək imkanında deyil. Amerikanı sövq eləməyə çalışsa da, alınmır. Çünki Amerika İranı özü üçün təhlükə hesab etmir. İran Amerikanın qlobal miqyasda mənafelərinə ziyan vuran dövlət deyil. İsrail işğalçı dövlətdir. Buna görə də İran tərəfindən cavab alır. Türkiyə də İsrailə qarşı öz mənfi siyasətini sərgiləyir. Amma Azərbaycan bu işlərə qarışmır. Azərbaycan Fələstinin müstəqilliyini tanıyır, amma bundan o tərəfə getmir. İsraillə də, İranla da münasibətləri yaxşıdır. Yəni biz bilirik ki, bizim imkanlarımız məhdudur və taktiki heç bir iş görə bilmərik.  Beynəlxalq hüquq normalarına uyğun olan mövqeyimiz də bəllidir. İsraillə yaxın ticari, iqtisadi əməkdaşlığımız var. Vəssəlam.

 - İranda milyonlarla azərbaycanlı yaşayır. Azərbaycan Respublikasının cənubdakı soydaşlarla bağlı siyasətini necə dəyərləndirirsiniz? Azərbaycanın İran siyasətinə bununla bağlı hansısa təsir etmə potensialı varmı?

- İrandakı azərbaycanlılar İranı doğma ölkələri hesab edirlər. İran onların vətənidir. İran əhalisinin böyük bir hissəsi düşünür ki, Azərbaycanı vaxtilə Rusiyanın İrandan qopardığı və sonradan müstəqillik qazanmış bir hissəsidir. Buna baxmayaraq, İran Azərbaycanın müstəqilliyini tanıyır. İran ərazisində 20 milyona yaxın azərbaycanlı yaşayır. Orda da azərbaycanlıların hüququ məhdudlaşdırılır, burda da. Onların bizə qarşı münasibəti istidir. Müharibə dövründə də həmrəylikləri, sərhədboyu ərazilərdə dəstəkləri ilə göstərdilər. Bu da Azərbaycana imkan verir ki, İranla münasibətləri inkişaf etdirək. Bu həm də ticari əməkdaşlıqların artmasına səbəb olar.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo