Siyasət

İranın XİN başçısı erməni həmkarının yanında Azərbaycanı hədələdi

4 Oktyabr, 2021
1283

Mehr agentliyi

Tehran şəhərində İranın xarici işlər naziri Əmir Abdullahiyanın erməni həmkarı Ararat Mirzoyanla görüşü keçirilib.
 
"Mehr" agentliyinin oktyabrın 4-də verdiyi məlumata görə, görüşdən sonra xarici işlər nazirləri birgə mətbuat konfransında çıxış ediblər.
 
Çıxış zamanı A.Mirzoyan deyib ki, İran və Ermənistan arasındakı alternativ marşrutlar demək olar ki, istismara yaxındır.
 
Mirzoyan çıxışında Qarabağ münaqişəsinin tənzimlənməsinin Minsk razılaşmaları əsasında davam etdirilməli olduğunu bildirib. O həmçinin kommunikasiya məhdudiyyətlərinin qısa vaxtda aradan qaldırılmalı olduğunu vurğulayıb.
 
İranın XİN başçısı isə çıxışında yenə Cənubi Qafqazda "sionistlərin və terrorçuların" mövcudluğundan danışıb.
 
"Bizim regionumuz və şimaldakı qonşularımız bəzi bölgələrdə xüsusilə sionistlərin və terrorçuların mövcudluğuna görə ağır vəziyyətdədir. Biz ucadan bəyan edirik ki, xarici ölkələrin Ermənistan daxil olmaqla İranın qonşularına təsir göstərməsinə icazə verməyəcəyik. Bizim regionumuz heç bir halda əndazəsiz tələblərə dözməyəcək. Regionun problemləri region xalqlarının iştirakıyla xarici müdaxiləsiz baş tutmalıdır", - deyə Abdullahiyan qeyd edib.
 
Mirzoyan isə iranlı həmkarına Ermənistanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkküb edib.
 
"Mən xarici işlər naziri Əmir Abdullahiyanı Qarabağla bağlı məlumatlandırmışam. Qarabağ müharibəsində digər ölkələrdən olan muzdlular döyüşüb.
 
Azərbaycan Respublikasının Ermənistanın rəsmi sərhədlərindəki və ərazilərindəki aqressiyası bölgədə sülh və əminamanlığın yaradılması cəhlərinə təhlükə yaradır. Biz İranın Ermənistanın ərazi bütövlüyünə yanaşmasını qiymətləndiririk".
 
İran XİN başçısı sonda Ermənistanla olan razılaşmalar barədə danışıb: "Bu gün biz iqtisadiyyat, ticarət və turzimin bütün sahələrində əməkdaşlığı inkişaf etdirmək barədə razılıq əldə etdik. Ticarət və Ermənistanın tranzit marşrutlarının istisması hər iki ölkənin maraqlarına cavab verən əsas məsələlərdəndir".

Siyasət

Müsəlman Birliyi Hərəkatının üzvünə hökm oxundu

20 May 2022

Razi Hümbətov - sosial media

Bu gün, mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətova hökm oxunub. Azadlıq Radiosunun məlumatına görə, hərəkatın üzvü 6 il azadlıqdan məhrum edilib. R.Hümbətov Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə günahkar sayılıb. Atası məhkəmə qərarını qərəzli adlandırıb və qeyd edib ki, R.Hümbətovun qonşuları, digər şəxslər Prezident Administrasiyasına, Daxili İşlər Nazirliyinə onlarla məktub yazaraq onun bu işdə günahsız olduğunu və narkomaniya ilə mübarizə apardığını bildiriblər. Xəbərdə o da bildirilir ki, məhkəmə prosesinə gələnlərdən Ağaəli Yahyayev, Süleyman Ələkbərov və daha bir neçə şəxsin saxlanılıb. R.Hümbətov ötən il iyulunda saxlanıb....
Siyasət

Almaniyadan qaytarılan daha bir fəal həbs edilib

Roza Məmmədova
20 May 2022

açıq mənbədən götürülüb

Tənqidçi mövqeyi ilə tanınan ictimai fəal Ziya İbrahimlinin Bakı Hava limanında həbs edildiyi deyilir. Bu barədə məlumatı mayın 20-də jurnalist Əfqan Muxtarlı “feysbuk” hesabında yazıb: “Bu dəqiqələrdə Biləsuvar məhkəməsində Ziya İbrahimlinin məhkəməsi gedir. Ona vəkil tutmağa belə imkan verilməyib. Ziya bəy 2019-cu ildən Almaniyada yaşayıb. Onun eyni il axtarışa verilməsi siyasi fəaliyyəti ilə bağlıdır. Azərbaycanda yaşamayan adamı Biləsuvar polisi niyə axtarışa versin?” Əfqan Muxtarlı - sosial media Ə.Muxtarlı fəalın həbsində Almaniya Hökumətinin də məsuliyyət daşıdığını bildirib: “Əvvəl-əvvəl 2-3 ay gözləyib həbs edirdilər. İndi elə aeroportda həbs edirlər. Vətənə döndükdən sonra həbs edilən mühacirlərin hər biri üçün Almaniya höküməti məsuliyyət daşıyır”....

Seçilmiş Videolar

Toplum TV loqo