Siyasət
İranla Çin arasında sazişlə bağlı danışıqlar gedir
6 İyul, 2020
749
İran Çinlə 25 illik sazişlə bağlı "əminlik və qətiyyətlə” danışıq apardığını deyir. Xarici işlər naziri Mohammad Javad Zarif iyulun 5-də parlamentdə bu haqda danışıb, sazişin şərtlərinin sənəd bağlananda açıqlanacağını deyib.

Zarif saziş ətrafında gizli bir məqam olmadığını, bu məsələnin 2016-cı ilin yanvarında Prezident Xi Jinping Tehrana səfər edəndə qaldırıldığını vurğulayıb.

Ali dini lider Ayətulla Ali Khamenei də Çinlə strateji ikitərəfli tərəfdaşlığı açıq şəkildə dəstəkləyib.

Çin İranın əsas ticarət tərəfdaşı, İranın xammal ixracı üçün əsas bazardır. ABŞ sanksiyaları bu ixraca ciddi zərbə vurub.
Zarif mayın sonunda yeni sessiyaya başlamış parlamentdə ilk çıxışını edib. Son seçkidən sonra parlamentdə mühafizəkarlar və ultramühafizəkarlar dominant mövqedədir.

İclas zamanı deputatlar Zarif-in sözünü dəfələrlə kəsiblər, onu 2015-ci ildə nüvə sazişinin imzalanmasında roluna görə tənqid ediblər. 2018-ci ildə ABŞ sazişdən birtərəfli qaydada çıxaraq sanksiyaları tətbiq etdi.

Prezident Donald Trump sazişdən çıxmasını onun İranın nüvə silahı hazırlamaq qabiliyyətini tamamilə məhdudlaşdırmaması ilə izah edib.

Trump Tehranla yeni saziş üzrə danışıqlar aparılmasını, İranın nüvə proqramına, ballistik raket proqramına məhdudiyyətlər qoyulmasını istəyir.

Rohani-nin dindirilməsini istəyirlər

ABŞ sazişdən çıxandan sonra İran da öhdəliklərinin icrasından tədricən çəkilməyə başlayıb.

Nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində beynəlxalq sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu. İran mühafizəkarları isə bu çoxtərəfli sazişə qarşı çıxaraq deyirdilər ki, Birləşmiş Ştatlara heç vaxt inanmaq olmaz.

Parlamentdəki sərt xətt tərəfdarları iyulun 5-də deyiblər ki, Zarif və Prezident Hassan Rohani-nin qanunverici orqana çağırılaraq "xalqa xəyanət” ittihamlarını cavablandırmasını istəyirlər.

Deputat Mohammed-Taghi Nagh-Ali iclasda deyib ki, Rohani və Zarif xalqa xəyanət ediblər və "ona görə də məsuliyyətə cəlb olunmalıdırlar”, ILNA xəbər agentliyi bildirir.

Nagh-Ali-nin sözlərinə görə, Rohani-nin siyasəti ölkənin mövcud iqtisadi böhranının başında dayanır və onun arqumentlərini "daha qəbul etmək mümkün deyil”.

Parlamentin 200 üzvü Rohani-nin dindirilməsi üçün petisiya hazırlayıb.

Fevraldakı qələbədən sonra İranda sərt xətt tərəfdarları Rohani-yə daha böyük təzyiq göstərir, onu Qərb ölkələrinə çoxlu güzəştlər etməkdə, ancaq əvəzində az şey əldə etməkdə suçlayır.

Rohani isə iqtisadi böhranın arxasında ABŞ sanksiyalarının və koronavirus pandemiyasının dayandığını bildirir.
 
azadliq.org
Siyasət

Sərhəddə azərbaycanlı və erməni hərbçilər arasında dava düşüb?

18 May 2021

Sputnik

Vardenis rayonunda erməni və azərbaycanlı hərbçilər arasında dava olub.  Bu barədə mayın 18-də "Sputnik" Ermənistan Müdafiə Nazirliyindəki mənbəsinə istinadən məlumat yayıb.  Bildirilir ki, insidentin qarşısı tezliklə alınıb və məsələ böyüməyib.  "Dünən hərbi qulluqçular arasında mübahisə düşüb, ancaq məsələ tezliklə də yoluna qoyulub", - Müdafiə Nazirliyindəki mənbə deyib.  Ermənistanın sosial şəbəkələrində yayılan xəbərlərə görə, iki tərəfin hərbi qulluqçuları tutaşan zaman azərbaycanlılar az qala Ermənistan Hərbi Qüvvələrinin postlarına daxil olublar.  Azərbaycan və Ermənistan sərhəddindəki Qaragöl bölgəsində gərginlik bir neçə gündür ki, davam edir.  Bu gün Rusiya Xarici İşlər Nazirliyi məsələylə bağlı məlumat yayıb.  Nazirliyin press-relizində qeyd olunur ki, Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə...
Siyasət

Co Baydenin müşaviri sərhəddəki gərginliklə bağlı İlham Əliyevə zəng edib

18 May 2021

NPR

"Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunmasına sadiqdir". "Prezident.az" saytının məlumatına görə, bunu ötən gecə ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla telefon söhbətində Prezident İlham Əliyev bildirib.   Azərbaycan Prezidenti bölgədə münaqişə sonrası vəziyyəti müsbət qiymətləndirib, münaqişənin bitməsindən 6 ay sonra bölgədə, o cümlədən Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabit olduğunu qeyd edib. İlham Əliyev ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin delimitasiyası üzrə danışıqların başlanmasına ehtiyac duyulduğu fikri ilə razı olduğunu ifadə edib və bu prosesin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olaraq həyata keçirilməsinin əhəmiyyətini bildirib. Dövlət başçısı Ermənistanın sərhəd...
Seçilmiş Videolar