Siyasət

İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı "Tərtər işi"ndəki ölüm hallarına görə cəza tələb edir

14 Aprel, 2021
925

Sosial Media

""Tərtər işi" üzrə həbs olunanların və həlak olanların ümumi sayı hələ də məlum deyil. İşin özü məxfiləşdirilib. Biz bu dəhşətli faktlar fonunda Azərbaycan hökumətinin və insan hüquqları pozuntularını törətmiş hüquq-mühafizə orqanlarının hərkətlərini qətiyyətlə pisləyirik”.

Bu fikirlər İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatının 13 aprel tarixli bəyanatında yer alıb.

Bəyanatda qeyd olunur ki, "Tərtər işi" çərçivəsində ən azı 78 nəfər Azərbaycan vətəndaşı saxlanılıb və dövlətə xəyanət ittihamı ilə 12 ildən 20 ilədək həbs cəzasına məhkum edilib.

Təşkilat 2017-ci ilin mayında Azərbaycan Baş Prokurorluğunun, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə bəyanatında istinad edərək bildirib ki, Ermənistan kəşfiyyatına casusluq ittihamı ilə bir qrup hərbçi və mülki şəxs saxlanılıb:

"Hakimiyyət Cinayət Məcəlləsinin 274-cü maddəsi üzrə "dövlətə xəyanət" ittihamı ilə cinayət işi açıb və xüsusi istintaq qrupu yaradıb. Bundan sonra Tərtər rayonunda kütləvi həbslər aparılıb. İlk iki gün ərzində, mayın 7-8-də kütləvi informasiya vasitələri bir gündə 47 nəfərin həbs olunduğunu bildirib, lakin onların adları açıqlanmayıb. Mayın 8-dən sonra kütləvi informasiya vasitələrində reportajlar kəsilib, ancaq insan hüquqlarının kütləvi şəkildə pozulması ilə bağlı qeyri-rəsmi məlumatlar yayılıb. Sülh və Demokratiya İnstitutu qeyri-hökumət təşkilatının məlumatına görə, 274-cü maddə ilə həbs olunanların vəkillərə çıxış imkanı olmayıb və məhkəmənin qərarı olmadan həbsxanaya salınıblar. Kütləvi informasiya vasitələri redaktorlarının Baş Prokurorluğa çağırılması, onlara "dövlət sirri"nin yayılmasının yolverilməzliyi barədə xəbərdarlıq edilməsilə bağlı hallar da olub”.

Bəyanatda hazırda 12 ildən 20 ilədək azadlıqdan məhrum edilən 78 şəxsin olduğu vurğulanır: "Saxlanılanlar işgəncəyə məruz qalıblar, bu işgəncələrdən 11 təsdiqlənmiş ölüm halı var. Saxlanılanları dövlət sirrilə bağlı ifadə almaq üçün işgəncələrə məruz qoyublar. Həlak olanların ailələri bildirirlər ki, onların bir çoxunun meyitləri ailələrinə verilməyib”.

Təşkilat hüquq müdafiəçisi Oqtay Gülalıyevin maşınla vurulmasına da toxunub: "2019-cu ildə bu pozuntuları araşdırmağa çalışan hüquq müdafiəçisi Oqtay Gülaliyev Bakının mərkəzində avtomobillə vurulub. Klinikada hüquq müdafiəçisinə 17 saat ərzində heç bir tibbi yardım göstərilməyib. Nəticədə Oqtay Güləliyev hələ də komadadır”.

Təşkilat Azərbaycan hakimiyyəti qarşısında aşağıdakı tələbləri qoyub:

- dərhal işgəncələr və məhbusların ölümü araşdırılsın, günahkarlar məsuliyyətə cəlb edilsin;
- qurbanlara reabilitasiya, yardım təmin edilsin;
- onlara və ailələrinə dəyən zərəri ödənilsin, həmçinin cəsədlərin əldə edilməsinə imkan yaradılsın;
- bu iş üzrə həbs edilmiş şəxslərin yerləşdiyi yeri və sayı açıqlasın;
- işgəncə praktikasına son qoymaqla Azərbaycanda bu kimi halların aradan qaldırılması üçün tədbirlər görülsün.

Bəyanatda "Tərtər işi" üzrə işgəncələr nəticəsində ölənlərin adları da qeyd olunub:

1. Mehman Hüseynov - mayın 7-də saxlanılıb, cəsəd 16 may 2017-ci ildə dəfn edilib;
2. Səxavət Bünyadov - mayın 7-də saxlanılıb, cəsəd 17 may 2017-ci ildə dəfn edilib;
3. Saleh Qafarov - mayın 4-də saxlanılıb, cəsəd 14 may 2017-ci ildə dəfn edilib;
4. Elçin Quliyev - mayın 11-də saxlanılıb, cəsəd 18 may 2017-ci ildə dəfn edilib;
5. Təmkin Nizamioğlu- mayın 12-də saxlanılıb, cəsəd 21 may 2017-ci ildə dəfn edilib;
6. Dayandur Əzizli - mayın 12-də həbs edilib, cəsəd 20 iyul 2017-ci ildə dəfn edilib;
7. Süleyman Kazımov - mayın 4-də saxlanılıb, cəsəd 7 may 2017-ci ildə dəfn edilib;
8. Elxan Ağazadə -mayın 1-də saxlanılıb, cəsəd 10 may 2017-ci ildə dəfn edilib;
9. Elçin Mirzəliyev - mayın 7-də saxlanılıb, cəsəd 25 may 2017-ci ildə dəfn edilib.
10. Ruslan Ocaqverdiyev - 16 may 2017-ci il səhər saxlanılıb, cəsəd isə həmin gün axşam ailəsinə təhvil verilib.
11. Adil Sabirli - 5 may 2017-ci il tarixində ölənədək döyülüb.

Meydan TV

Siyasət

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ləğv edildi

19 May 2022

AMEA

Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu ləğv edilib. “president.az”ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev mayın 19-da fərman imzalayıb. Fərmana əsasən, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi yaradılıb. Bildirilib ki, “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin tabeliyində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsə çevrilməklə yenidən təşkil ediləcək. Hüquq və İnsan Haqları İnstitutunun direktoru deputat, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Aytən Mustafayevadır. Qurum 1999-cu ildə yaradılmışdı. İlham Əliyev Prezident Administrasiyasının (PA) Hüquq ekspertizası şöbəsini də ləğv edib. Ləğv edilən şöbənin müdiri Şahin Əliyev bu gün prezidentin Sərəncamı ilə...
Siyasət

Avropa İttifaqı 14 may aksiyasına münasibət bildirdi

Roza Məmmədova
19 May 2022

Toplum Tv

“Azərbaycanda qanunun aliliyi və fundamental azadlıqların müdafiəsi sahəsində baş verən hadisələri diqqətlə izləyir və mütəmadi olaraq hakimiyyət orqanları ilə aparılan dialoqda öz narahatlığımızı bildiririk”. Mayın 14-də Bakıda dinc etiraz aksiyasının iştirakçılarına qarşı zorakılıq və jurnalistlərlə ictimai fəallara təzyiqlə iddiaları ilə bağlı “Toplum TV”nin sorğusuna Avropa İttifaqının (Aİ) yerli nümayəndəliyi belə cavab verib. Əlavə olaraq, bu yaxınlarda Aİ nümayəndəliyinin jurnalist Aytən Məmmədova ilə görüşdüyü xatırladılıb. “Bundan əlavə, Avropa Xarici Əlaqələr Xidmətinin (AXƏX) Mətbuat Katibi Peter Stano mayın 10-da dərc olunmuş “tvit”də xanım Məmmədovaya qarşı edilən hücumu açıq şəkildə pisləyib. O, qeyd edib ki, “jurnalistlər öz işlərini yerinə yetirərkən təhlükədə olmamalı, təhdid...

Seçilmiş Videolar

Toplum TV loqo