İsrail ilə saziş: kibertəhlükəsizlik sahəsində azərbaycanlı mütəxəssislər hazırlanacaq
Rəsmi səhifə
"Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailə işgüzar səfəri zamanı bir sıra ikitərəfli görüşlər keçirib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İsrailin Nəqliyyat və Yol Təhlükəsizliyi Nazirliyi arasında hava əlaqələri haqqında saziş imzalanıb".
Bu barədə iyulun 1-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bu saziş Azərbaycan və İsrail vətəndaşlarının qarşılıqlı səfərlərini asanlaşdıracaq və ölkələrimiz arasında turizm və mədəni əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək.
https://toplum.tv/siyaset/azerbaycan-en-cox-hansi-olkelerden-silah-alir
Səfər zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ilə İsrailin tanınmış “Technion” Texnologiya İnstitutu arasında müqavilə də imzalanıb. Müqaviləyə əsasən yaradılacaq Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi növbəti 3 il ərzində 1000-dən çox peşəkar mütəxəssisin hazırlanmasını həyata keçirəcək.
"Bu proqram çərçivəsində tədris Bakıda “Technion” Texnologiya İnstitutunun professor-müəllim heyəti tərəfindən aparılacaq. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin əsas üstünlüklərindən biri kibertəhlükəsizlik üzrə mütəxəssislərlə yanaşı, yerli təlimçilərin hazırlanmasıdır", - deyə məlumatda qeyd olunub.
Rəsmi səhifə
Rəsmi səhifə
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir