Siyasət

İsrailin Azərbaycandakı səfiri İran barədə: Bu qatil rejimin hədələrini ciddi qəbul edin

16 Avqust, 2022
314

Sosial mediadan skrinşot

İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün, avqustun 16-da "tvitter"də britaniyalı yazıçı Salman Rüşdinin bıçaqlanmasıyla bağlı video müraciət yayıb. 

Corc Dik müraciətində deyib: 

"İranın Azərbaycandakı səfiri yaxınlarda məni ölümlə təhdid etdi. O, "tvitter"də yazdı ki, mən qırmızı xətti keçmişəm, ona görə də İran xalqı məni dəfn edəcək. İndi siz Salman Rüşdinin bıçaqlandığını eşidərkən mənim nə düşündüyümü təsəvvür edə bilərsiniz. Çünki İran həm də demişdi ki, o, [Salman Rüşdi] qırmızı xətti keçib və onu da ölümlə hədələmişdi. Və terrorçu onu günün günorta çağl öldürməyə cəhd etdi. Ona görə də indi siz mənim müəyyən qədər şəxsi hisslərimi təsəvvür edə bilərsiniz. 

https://toplum.tv/siyaset/iranin-azerbaycandaki-sefiri-israilli-hemkarini-tehdid-etdi

Həftələr əvvəl İran rəsmisi tərəfindən hədələnən biri kimi mən sizi mümkün olan ən ciddi formada bu qatil rejimin hədələrini ciddi qəbul etməyə çağırıram. Ona sizə hədə-qorxu gəlməyə icazə verməyin, amma buna bir an belə olsa, diqqətsizlik etməyin. Onlar özləriylə razılaşmayan ateistləri, aktivistləri və istənilən kəsi ölümlə hədələyirlər. Onlar terroru dünyaya yaymaqla hədələyirlər. Onlar İsrail demokratiyasını və bizim azadlığımızı məhv etməklə hədələyirlər. Bunu nəzərdə tuturlar".

Video müraciətin sonunda Corc Dik "İran terroruna" qarşı birlikdə müqavimət göstərməyi məsləhət görüb. 

Salman Rüşdiyə hücum avqustun 12-də o, Nyu-Yorkda bir tədbirdə çıxış edərkən baş verib. Yazıçı xəstəxanaya aparılıb və süni nəfəs aparatına qoşulub. Bir müddət sonra Rüşdini aparatdan ayırıblar, indi o, danışa bilir.

Hindistan əsilli Salman Rüşdi Böyük Britaniya və ABŞ-da yaşayır. 1989-cu ildə "Şeytan ayələri" kitabının çıxmasından sonra o, dünya şöhrəti qazanıb. Bir çox müsəlman kitabı küfr adlandırıb, iranlı Ayətullah Xomeyni isə fətva verərək yazıçının qətl etməyin xeyirxah iş olacağını bildirib. 

Siyasət

Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat: saxlanılanlar var

4 Oktyabr 2022

Açıq mənbələrdən götürülüb

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib. Bu barədə oktyabrın 4-də Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.  Əməliyyat zamanı bir neçə vəzifəli şəxs saxlanıldığı bildirilir. APA-nın xəbərinə görə, saxlanılanlardan biri də İH-nin Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Elgün Abdullayevdir.
Siyasət

Həbs edilmiş siyasi mühacir aclıq aksiyasına başladı

4 Oktyabr 2022

Sosial Media

Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilmiş Anar Əliyev oktyabrın 3-dən quru aclığa başlayıb.  "Turan" xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Vəkilin sözlərinə görə, Nizami rayon polis idarəsinin müvəqqəti saxlanma yerində saxlanılan Əliyev ona qarşı siyasi və qurama ittiham irəli sürülməsinə, ailəsinə təzyiq olunaraq ölkədən çıxışına məhdudiyyət qoyulmasına etiraz əlaməti olaraq quru aclığa başlayıb. Anar Əliyev iyulda xəstə atasına baş çəkmək üçün Almaniyadan Azərbaycana gəlib. Almaniyada Əliyevin ailəsi humanitar səbəblərlə əlaqədar Almaniyadan sığınacaq alıb. Bir neçə həftə sonra o, polis tərəfindən saxlanılıb və narkotik ticarətində ittiham olunub. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq...

Seçilmiş Videolar

Toplum TV loqo