Siyasət

İstintaq: Əli Həsənovun oğlu Vüqar Səfərli ilə birgə bir milyon manat mənimsəyib

1 Sentyabr, 2021
174

Qafqazinfo

KİVDF-nin hazırda həbsdə olan keçmiş icraçı direktoru Vüqar Səfərlinin və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

İstintaq materiallarına əsasən V.Səfərlini həbsə aparan və Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli ilə birgə həyata keçirdiyi cinayət əməllərinə dair bəzi yeni məlumatlar ortaya çıxıb.

İstintaq araşdırması zamanı məlum olub ki, V. Səfərli Fondun rəhbəri olduğu müddətdə Prezidentin sabiq köməkçisi, KİVDF-nin kuratoru Əli Həsənovun oğlu Şamxal Həsənli ilə əlbir olaraq dövlət büdcəsindən külli miqdarda pul vəsaitini mənimsəyiblər.

İttihama görə, V. Səfərli KİVDF-nin ofisini daha ucuz qiymətə icarəyə götürə biləcəyi halda Ə. Həsənovun oğlu Şamxal Həsənliyə əlavə qazanc vermək üçün ona məxsus binadan baha qiymətə icarəyə yer götürüb.

Belə ki, Əli Həsənova məxsus və rəsmi sənədlərdə oğlu Şamxal Həsənlinin xüsusi mülkiyyətində olan Beynəlxalq Mətbuat Mərkəzindən KİVDF üçün ofis kirayələmək məqsədilə 1 kvadratmetrə görə ödəniş 12 manat nəzərdə tutulduğu halda, müqavilə 18 manatdan bağlanıb. Vüqar Səfərli öz yaxın adamlarının nəzarətində olan “Azərmətbuatyayım” ASC və “Kaspi Az” MMC-nin də həmin binadan ofislər icarəyə götürməsinə nail olub.

Ümumi üç ofis icarəyə götürülüb, onlardan biri 371, ikisi isə 421 kvadratmetr olub. Bu üç ofis üçün Şamxal Həsənli ilə bağlanmış müqaviləyə görə ona aylıq 1 kvadratmetrinə 18 manat olmaqla, ümumilikdə, hər ay 21 min 834 manat icarə haqqı ödənilib. Hər üç ofis üçün müqavilələr 2011-2019-cu illər ərzində bağlanıb.

Digər maraqlı epizod isə Prezidentin sərəncamı ilə 2019-cu ildə ləğv edilən Bilik Fondu üçün həmin binadan götürülən 419 kvadratmetrlik ofislə bağlıdır.

Fond ləğv edilsə də, bundan sonra əlavə 8 ay da icarə haqqı ödənişi davam etdirilib. Bu yolla hər ay 12 600 manat ödəniş etməklə, 100 800 manat pulu ələ keçiriblər.

İttihama görə, təkcə Şamxal Həsənlinin xüsusi mülkiyyətində olan BMM-də götürülən ofislərin icarə haqqı şişirdilərək 812 min 585 manat ələ keçirilərək mənimsənilib. Bütün bu əlavə gəlirlər birbaşa Şamxal Həsənliyə ödənilib, müqavilələr onunla bağlanıb.

Təqsirləndirilən şəxslərdən bəziləri ifadələrində mənimsəmə əməlləri ilə bağlı göstərişləri birbaşa Əli Həsənovdan aldıqlarını deyiblər.

Xatırladaq ki, Vüqar Səfərli istintaq zamanı vurduğu zərərdən 200 min manatını geri qaytarıb. Jurnalistlər binasının tikintisində iştirak edən “Portos” MMC-nin direktoru Ədalət Vəliyev isə 1 milyon manat ödəyib.

Bu iş üzrə V.Səfərlinin bir çox əmlaklarına həbs qoyulub. Vüqar Səfərlinin “Rabitəbank” ASC-də olan 300 min manat, eyni bankda oğluna məxsus isə 550 min manat əmanətin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.

Həmçinin, Vüqar Səfərlinin 637 min manat dəyərində olan əmlakları - Nobel prospektində yerləşən mağaza, Bakının Binəqədi, Novxanı, Əhmədli qəsəbəsində, İsmayıllı rayonu, Ticran kəndində torpaq sahələri, Lütfi Zadə küçəsində yerləşən mənzil və “Mercedens Benz ML 350”, “Wolksvagen Tuareg”, “Toyota Land Cruiser” markalı lüks avtomobillərinin üzərinə də həbs qoyulub.

Şamxal Həsənli 2020-ci ilə qədər Xəzər TV-nin rəhbəri vəzifəsini icra edib (Kriminalqafqaz.az). 

Siyasət

MTN generalı Türkiyədən çağrılaraq həbs olunub

23 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin rəisi olmuş general Nizami Şirinov və onun rəhbərlik etdiyi qurumun tabeliyindəki idarələrin keçmiş rəisləri Elcan Abdullayev, Elman Tahirov, əməliyyat müvəkkili Nadir Nəzirovun məhkəməsi başlayıb.    "Meydan TV"-nin məlumatına görə, general da daxil olmaqla, keçmiş MTN-çilər hədə-qorxu ilə vətəndaşların pullarını, əmlaklarını ələ keçirməkdə, külli miqdarda rüşvət almaqda ittiham olunur.    Adıçəkilən şəxslərdən yalnız Nizami Şirinov həbsdədir. Digərlərinin haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.    Sentyabrın 22-də Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanov hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatlarını dəqiqləşdirəndə general deyib ki, 5 ildir təqaüddədir.    MTN-in keçmiş...
Siyasət

Yalçın İmanov: “Anar Bağırov ya vəkillərin könlünü alır, ya da manipulyasiya edir”

Məzahir Abdurahmanov
23 Sentyabr 2021

Ona

“Dəyişikliklər edildikdən sonra bununla bağlı özünü sığortalamaq üçün fikir bildirmək manipulyasiya və ya könül almaq üçün atılan addımdır”. Vəkil Yalçın İmanov Vəkillər Kollegiyasının sədri Anar Bağırovun məhkəmədə vəsatətlərin rədd edilməsi ilə bağlı həm həmkarlarına, həm də hakim korpusuna etdiyi müraciət haqqında “Toplum TV”-yə danışarkən belə deyir.   Anar Bağırov sentyabrın 22-də “Feysbuk” hesabında yazıb ki, qanunvericiliyə görə rədd edilən vəsatətin əsaslandırılması məcburidir.  “Vəsatətə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət...
Seçilmiş Videolar