Siyasət

Jurnalist barəsində həbs qərarı çıxarıldı - YENİLƏNİB

10 Sentyabr, 2021
1164

Sosial Media

"Azadinfo.az" saytının rəhbəri Mahir Xəttabın barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə “Report”a onun vəkili Mehman Muradlı məlumat verib.

Bildirib ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə jurnalistin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onun sözlərinə görə, Mahir Xəttab Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin keçmiş sədri Ramiz Göyüşovdan 2 000 manat aldığını etiraf edib: “Mahir Xəttabın barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb”.
 

***

12:18

"Azadinfo.az saytının rəhbəri Mahir Xəttab sentyabrın 9-da axşam saatlarında saxlanılıb. 

Meydan TV-nin məlumatına görə, o, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə təqsirləndirilir. 

Sayt rəhbərinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

Mahir Xəttabın saxlanmasını Baş Prokurorluğun mətbuat xidməti təsdiqləyib. Prokurorluqdan bildirilib ki, məsələylə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Siyasət

İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında görüş olub

22 May 2022

Rəsmi səhifə

Bu gün Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Bu barədə Prezident İlham Əliyevin mətbuat xidmətindən məlumat verilib. Görüşün detalları barədə hələlik mətbuata geniş informasiya verilməyib. Bundan əvvəlsə İlham Əliyevin Şarl Mişel ilə təkbətək görüşü olub. APA xəbər verir ki, görüş zamanı Əliyev Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olunduğunu qeyd edib.   O, bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığını vurğulayıb. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə Avropa...
Siyasət

İlham Əliyev və Şarl Mişel arasında görüş olub

22 May 2022

Rəsmi səhifə

Azərbaycan Prezident İlham Əliyevin Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə təkbətək görüşü başlayıb. Bu barədə Prezident İlham Əliyevin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Şarl Mişel dövlət başçısını qarşılayıb, sonra birgə foto çəkdirilib. Bu gün Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş planlaşdırılır.

Seçilmiş Videolar

Toplum TV loqo