Rəsmi səhifə
Onlar vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunurlar
“Xəbər kanalı” səhifəsinin yaradıcısı Sənan Abdullayevlə jurnalist İlqar Atayev saxlanılıb. Onların birlikdə çəkiliş apardığı bildirilir.
Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, adları çəkilən şəxslər avqustun 10-da saxlanılıblar.
Sənan Abdullayev və İlqar Atayev haqqında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. Onlar Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb-etmə) maddəsilə şübhəli şəxs qismində tutulublar.
Məlumata görə, Sənan Abdullayev “Yutub” platformasında 2012-ci ildə yaratdığı “Xəbər kanalı” səhifəsində birgə çəkiliş apardığı İlqar Atayevlə 2021-ci ilin əvvəllərindən Goranboy Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməllərə yol vermələri barədə video-materiallar yayıb. İddia olunur ki, sonradan həmin materialların səhifədən silinməsi üçün icra hakimiyyətinin vəzifəli şəxsindən hədə-qorxu ilə 4 min manat pul tələb edib və alanda da saxlanılıblar.
“Sənan Abdullayev və İlqar Atayev 10 avqust 2021-ci il tarixdə cinayət əməlini törədərkən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılıb”, - prokurorluğun məlumatında bildirilir.
İlqar Atayev və Sənan Abdullayevin, həmçinin onların yaxınlarının bu ittihamlara münasibəti məlum deyil.
açıq mənbədən götürülüb
AMEA
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”