Siyasət
Jurnalist məhkəməyə müraciət edəcəyini deyir
11 Sentyabr, 2019
581
"Azadlıq" qəzetinin əməkdaşı Təzəxan Mirələmli bugün, sentyabrın 11-də polis zorakılığı ilə üzləşdiyini bildirir. 

Azadlıq Radiosu bu barədə məlumat yayıb.

Jurnalist məsələ ilə bağlı bunları söyləyib: «AXCP fəalı Ruslan Əmirlinin məhkəməsi ilə bağlı Yasamal rayon Məhkəməsi önündə toplaşmışdıq. Polislər gəldilər, orada kiçik bir çayxana var idi, hamını, o cümlədən jurnalistləri də çayxanaya girməyə məcbur edirdilər. Məndən də tələb etdilər ki, çayxanaya girim. Mən də bunun səbəbini soruşdum. Polis isə mənə «tabe olmursan» cavabını verdi. Mən də dedim ki, «izah et, tələbin qanunidir, yoxsa qeyri-qanunidir?». Yəni nədir ki, tabe olmuram? Məni itələdi, yıxıldım...».

T.Mirələmli deyir ki, baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng edib, amma ona cavab verməyiblər, hazırda məhkəməyə müraciət etmək istəyir: «Məhkəməyə üz tutacam. Görüm onlar buna nə deyir?».

«Azadlıq» qəzetinin əməkdaşının bu açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyi münasibət bildirməyib.

Bugün, sentyabrın 11-də Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə AXCP fəalı Ruslan Əmirliyə 30 sutka inzibati həbs cəzası verilib.

Cəbhəçi xırda xuliqanlıqla, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda günahlandırılıb. Partiya ittihamla razılaşmır.
Siyasət

Diaspor Komitəsi Gürcüstan azərbaycanlılarına çağırış etdi

17 May 2021

Sosial Media

Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanın Dmanisi şəhərindəki hadisələrlə əlaqədar olaraq bu ölkədə yaşayan azərbaycanlılara çağırış edib. Komitədən mayın 17-də verilən məlumatda bildirilir:  "Mayın 16-da saat 17.00 radələrində Gürcüstanın Dmanisi rayonunun “9 aprel” küçəsində bir qrup şəxsin azərbaycanlı sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına gələrək, ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum etmələri nəticəsində kütləvi dava baş verib. Hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb, insident iştirakçılarından 8 nəfəri Gürcüstanın hüquq-mühafizə orqanlarıtərəfindən saxlanılıb. Dövlət Komitəsi insidentdən dərhal sonra hadisəyə reaksiya verərək, soydaşlarımızla əlaqə saxlayıb. Hadisənin hücum edən qrupdan olan bir neçə şəxsin mağazadan aldıqları məhsulun pulunu ödəmək istəməməsi...
Siyasət

Ermənistan-Azərbaycan sərhədində nə baş verir?

Nigar Səmədli
17 May 2021

Sosial Media

Hərbi ekspert: “Azərbaycan Zəngəzurda əvvəlki xəritəyə əsasən irəliləyib” “Qaragöl ərazisi ilə bağlı 1960 və 1980-ci illərdə qərar qəbul olunan qərara görə, buradakı göl susuzluq səbəbilə Ermənistana verilib. Düşünürəm ki, Azərbaycan ordusu bu qərar verilmədən öncəki xəritəyə əsasən, irəliləyib”. Bunu “Toplum TV”-yə hərbi ekspert Telman Əbilov deyib.  Ermənistan Müdafiə Nazirliyinin mayın 16-da yaydığı məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri hələ də Ermənistan-Azərbaycan sərhədindəki Syunik və Geqarkunik bölgələrindədir.  Eyni zamanda bildirilir ki, mayın 15-də Azərbaycan tərəfi həmin ərazidə mühəndis işləri keçirməyə çalışsa da, qarşısı alınıb. Ermənistan tərəfi mayın 12-də 240-250 nəfərlik Azərbaycan hərbçilərinin sərhədi pozaraq Syunik bölgəsinə 3,5 km irəlilədiyini, daha sonra...
Seçilmiş Videolar