Sosial Media
Sabunçu Rayon Məhkəməsi yanvarın 12-də jurnalist Fikrət Fərəməzoğlunu cərimələyib.
Bu barədə Fikrət Fərəməzoğlu "Facebook" hesabında məlumat paylaşıb. O, “Jamaz.info” saytında çıxan “Xankəndidən Şuşa şəhəri atəşə tutuldu” başlıqlı yazısına görə 500 manat cərimələnib.
"Prokurorluq belə qənaətə gəlib ki, həmin yazı cəmiyyətin müəyyən təbəqəsində çaşqınlıq yaradıb, müəyyən qism narahat olub və qorxu keçirib. Təbii ki, bu iddianı qəbul etmədim və uzun sürən müzakirədən sonra hər birimiz öz mövqeyində qaldıq.
Nəhatət, Prokurorluq hesab etdi ki, mən İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsini pozmuşam və məhkəmə bununla bağlı qərar verməlidir. Ardından Sabunçu rayon Məhkəməsinə gətirildim və hakim Anar Rzayevin sədirliyi ilə proses keçirildi. Hakimin qərarına əsasən mən sözügedən maddə üzrə "təqsirliyəm" və ona əsasən də 500 manat cərimə olundum", - deyə jurnalist bildirib.
O həmçinin bildirib ki, həmin qərarla bağlı apelyasiya şikayəti verəcək.
Rəsmi səhifə
Rəsmi səhifə
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir